Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Problemli kreditlər şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi (Regionlar üzrə)

KOLLEKTA MMCBakıda problemli kreditlər üzrə mütəxəssis vakansiyası

Maaş: 800 ₼-dən / ay

Orta maaş: 500 AZN

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
7 oktyabr 2026
Baxış
719
Müraciət
29
Son müraciət tarixi
6 dekabr 2026

Bakı şəhərində Maliyyə, Bank və Sığorta üzrə iş elanları

Vakansiya haqqında

KOLLEKTA MMC Bakıda problemli kreditlər üzrə mütəxəssis axtarır. Tam ştat, ofisdə iş, maaş 800 AZN. Vakansiyada 11 vəzifə və 19 tələb göstərilib; müraciət e-poçtla, birbaşa işəgötürənə.

Kollekta MMC problemli kreditlər üzrə borcların effektiv idarə olunması və yığılmasının təmin edilməsi məqsədilə Ünvanda Təqib üzrə Mütəxəssis (Mingəçevir, Gəncə-Qazax, Aran, Mingəçevir, Cənub regionları) vəzifəsinə peşəkar və məsuliyyətli namizəd axtarır.

Tələblər

  • İqtisadiyyat, Maliyyə, Hüquq və ya vəzifənin fəaliyyət istiqamətinə uyğun digər ixtisaslar üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Bank, BOKT, kollektor və ya problemli kreditlərin idarə edilməsi sahəsində iş təcrübəsi üstünlükdür;
  • B kateqoriyalı sürücülük vəsiqəsi – mütləqdir;
  • Regionlar üzrə aktiv hərəkət və ezamiyyət xarakterli iş rejiminə uyğunluq;
  • 1C/8.3 proqramı ilə işləmək bacarığı üstünlükdür;
  • Güclü ünsiyyət, danışıqlar aparmaq və inandırma bacarığı;
  • Məsuliyyətlilik, operativlik, nəticəyönümlülük və stressə davamlılıq;
  • Müstəqil və komanda daxilində effektiv işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
  • Rus dili biliyi üstünlükdür;
  • İşin səyyar xarakteri nəzərə alınaraq kişi namizədlərə üstünlük verilir.

İş barədə məlumat:

  • Əmək haqqı: 800 Azn NETT+Bonus ( ƏH ilə bonus birlikdə minimum 1600 AZN)
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi
  • İş qrafiki: 5 günlük iş həftəsi, I–V günlər, 10:00–19:00
  • İş formatı: Ofis və regionlar üzrə səyyar fəaliyyət
  • Komfortlu iş şəraiti;
  • Müasir idarəetmə sistemi;
  • Peşəkar və mehriban komanda.

İnkişaf və karyera imkanları.CV-lərinizi “Ünvanda Təqib üzrə mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Başlıqda regiounun adını da qeyd etməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır

Vəzifə öhdəlikləri

  • Gecikmiş kredit öhdəlikləri üzrə borcalanların və zaminlərin qeydiyyat, faktiki yaşayış və iş ünvanlarına səfərlərin həyata keçirilməsi;
  • Borcalan və zaminlərlə birbaşa əlaqə yaradılması, mövcud borcun ödənilməsi ilə bağlı danışıqların aparılması və müvafiq tədbirlərin görülməsi;
  • Əlaqə yaratmaq mümkün olmayan borcalan və zaminlər üzrə alternativ əlaqə vasitələrinin və aktual ünvan məlumatlarının müəyyənləşdirilməsi;
  • Problemli kreditlərin geri qaytarılması və gecikmiş borcların azaldılması istiqamətində effektiv təqib tədbirlərinin həyata keçirilməsi;
  • Borcalanlarla aparılmış görüşlərin, səfərlərin və əldə edilmiş nəticələrin müəyyən edilmiş qaydada sənədləşdirilməsi və sistemə daxil edilməsi;
  • Zəruri sənədlərin və məlumatların PKİD üzrə istifadə olunan xüsusi proqram təminatına vaxtında və düzgün yüklənməsi;
  • Regionlar üzrə borcluların ünvanlarına həftədə ən azı 2 dəfə planlı vizitlərin həyata keçirilməsi;
  • Əlaqəli qurumlarla işgüzar əlaqələrin koordinasiya edilməsi, zəruri məktub və sorğuların hazırlanması və göndərilməsi;
  • BOKT-nin daxili təlimat, qayda, prosedur və əsasnamələrinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi;
  • Görülmüş işlər, həyata keçirilmiş vizitlər, əldə edilmiş nəticələr və kredit portfelinin vəziyyəti üzrə müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;
  • Vəzifə üzrə digər tapşırıqların müəyyən edilmiş müddətlərdə və keyfiyyət standartlarına uyğun icra edilməsi.

KOLLEKTA MMC şirkətinin digər vakansiyaları

KOLLEKTA MMC vakansiyaları

KOLLEKTA MMC haqqında

Aktiv vakansiya
5
Son 6 ayda
15
Əsas şəhər
Bakı

Kimləri axtarır

  • problemli kreditlər üzrə mütəxəssis
  • IT mütəxəssisi
  • resepşionist

KOLLEKTA MMC vakansiyaları: hazırda GoJob-da 5 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən problemli kreditlər üzrə mütəxəssis, IT mütəxəssisi və resepşionist vəzifələrinə işçi axtarır. Son 6 ayda KOLLEKTA MMC şirkətində iş üçün 15 vakansiya dərc olunub. KOLLEKTA MMC vakansiyalarında maaş adətən 640–1 980 AZN arasındadır. KOLLEKTA MMC işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

KOLLEKTA MMC: bütün vakansiyalar (5)

«Problemli kreditlər şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi (Regionlar üzrə)» vakansiyası haqqında suallar

KOLLEKTA MMC namizəddən nə tələb edir?

  • İqtisadiyyat, Maliyyə, Hüquq və ya vəzifənin fəaliyyət istiqamətinə uyğun digər ixtisaslar üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Bank, BOKT, kollektor və ya problemli kreditlərin idarə edilməsi sahəsində iş təcrübəsi üstünlükdür;

Hamısı: «Tələblər»

Bu vəzifədə nə iş görəcəksiniz?

  • Gecikmiş kredit öhdəlikləri üzrə borcalanların və zaminlərin qeydiyyat, faktiki yaşayış və iş ünvanlarına səfərlərin həyata keçirilməsi;
  • Borcalan və zaminlərlə birbaşa əlaqə yaradılması, mövcud borcun ödənilməsi ilə bağlı danışıqların aparılması və müvafiq tədbirlərin görülməsi;
  • Əlaqə yaratmaq mümkün olmayan borcalan və zaminlər üzrə alternativ əlaqə vasitələrinin və aktual ünvan məlumatlarının müəyyənləşdirilməsi;

Hamısı: «Vəzifə öhdəlikləri»

Maaş nə qədərdir?

800 ₼-dən / ay. GoJob-da Bakıda problemli kreditlər üzrə mütəxəssis vakansiyalarında orta maaş 500 AZN-dir (son 3 ayda 11 vakansiya). Bu vakansiyada 800 AZN təklif olunur — ortadan 60% yüksək.

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat; iş saatları: 10:00–19:00.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Bakı.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.