Əsas məzmuna keç
GoJob

Proqram operatoru

Kartpak MMCBakıda proqram operatoru vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
28 oktyabr 2026
Son müraciət tarixi
27 noyabr 2026

Bakı şəhərində İnformasiya Texnologiyaları üzrə vakansiyalar

Vakansiya haqqında

Kartpak MMC Bakıda «Proqram operatoru» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Qutu istehsalı ilə məşğul olan müəssisəmizə Proqram operatoru vəzifəsi üzrə əməkdaş axtarılır!

İş öhdəlikləri

  • Logiks və 1C  proqramında gündəlik əməliyyatların aparılması;
  • İstehsal olunan məhsullar, xammal və materiallar üzrə məlumatların sistemə daxil edilməsi;
  • Məhsul və materialların hərəkətinin uçotunun aparılması;
  • Anbar mədaxil və məxaric əməliyyatlarının sistemdə qeydiyyatı;
  • Məlumatların düzgünlüyünə nəzarət və müvafiq hesabatların hazırlanması.

Namizədə tələblər

  • Logiks və 1C  proqramında işləmək bacarığı;
  • Kompüterdən sərbəst istifadə etmək;
  • Diqqətli, məsuliyyətli və dəqiq olmaq;
  • Komandada işləmək bacarığı;
  • Müvafiq sahədə iş təcrübəsi arzuolunandır.

İş yeri və yaşayış yeri

İş yerinə rahat gediş-gəliş baxımından Biləcəri qəsəbəsində və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir.

Yaxın ərazilər:

  • Biləcəri
  • Binəqədi
  • Xocəsən
  • Avtovağzal ərazisi
  • 20 Yanvar ərazisi
  • Sulutəpə
  • Xırdalan

Biz nə təklif edirik?

  • Rəsmi əmək müqaviləsi;
  • Sabit iş imkanı;
  • Əməkhaqqı bilik və təcrübəyə uyğun olaraq müsahibə zamanı müzakirə edilir.

Müraciət etmək üçün CV-nizi göndərin!

Mövzu hissəsində “Proqram operatoru” qeyd etməyinizi və CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməniz xahiş olunur.

Kartpak MMC şirkətinin digər vakansiyaları

Kartpak MMC vakansiyaları