Əsas məzmuna keç
GoJob

Avtomatlaşdırma üzrə QA Aparıcı Mütəxəssis

PAŞA SığortaBakıda QA mühəndisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
12 noyabr 2026
Son müraciət tarixi
12 dekabr 2026

Bakı şəhərində İnformasiya Texnologiyaları üzrə vakansiyalar

Vakansiya haqqında

PAŞA Sığorta Bakıda QA mühəndisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Avtomatlaşdırma üzrə QA Aparıcı Mütəxəssis

PAŞA Sığorta ASC namizədləri Avtomatlaşdırma üzrə QA Aparıcı Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Məhsul inkişafı proseslərimizi genişləndirərək, keyfiyyət mühəndisliyini əsas fəaliyyət istiqaməti kimi müəyyən etmişik. Bu vəzifədə siz məhsul komandalarımız üzrə testlərin avtomatlaşdırılmasına rəhbərlik edəcək, avtomatlaşdırma çərçivəsini quracaq və təkmilləşdirəcək, CI/CD proseslərində avtomatlaşdırılmış testləri icra edəcək, sınaqlarda süni intellekt alətlərini tətbiq edəcək və avtomatlaşdırma mühəndislərindən ibarət komandanı inkişaf etdirəcəksiniz. Bu rol həm praktiki işlərin görülməsini, həm də Keyfiyyət Mühəndisliyi Departamentinin rəhbəri ilə sıx əməkdaşlığı nəzərdə tutur.

Öhdəliklər

  • Məhsul komandaları tərəfindən istifadə olunan test avtomatlaşdırma çərçivəsinin dizayn edilməsi, qurulması və dəstəklənməsi;
  • API-first yanaşması ilə avtomatlaşdırmanın təmin edilməsi: API və 'contract' testləri, biznes ssenari testləri və kritik proseslər üzrə E2E testlər;
  • Avtomatlaşdırılmış testlərin CI/CD 'pipeline'-larına inteqrasiyası və buraxılışların keyfiyyətinin təmin edilməsi;
  • Avtomatlaşdırılmış reqressiya test dəstinin yaradılması və dəstəklənməsi, testlərin stabil və sürətli işləməsinin təmin edilməsi;
  • Proqram təminatı və DevOps komandaları ilə birlikdə test məlumatlarının və mühitlərinin idarə edilməsi;
  • Avtomatlaşdırma kodunun yazılması və digər mühəndislərin kodunun yoxlanılması ('code review');
  • Test ssenarilərinin və avtomatlaşdırılmış testlərin yaradılması və dəstəklənməsi üçün AI/LLM alətlərindən istifadə edilməsi və prosesə nəzarət;
  • Keyfiyyət təminatında süni intellektin təhlükəsiz istifadəsi qaydalarına riayət edilməsi: məlumatların idarə edilməsi və yaradılan testlər üçün keyfiyyət meyarları;
  • Test edilə bilən tələblərin formalaşdırılması üçün Biznes təhlili, Proqram təminatı və Məhsul komandaları ilə əməkdaşlıq;
  • Avtomatlaşdırma mühəndislərinə rəhbərlik etmək, onları öyrətmək və inkişaf etdirmək, manual test mütəxəssislərinə avtomatlaşdırmaya keçiddə dəstək göstərmək;
  • Məhsul komandaları arasında avtomatlaşdırma standartları və qabaqcıl təcrübələrin paylaşılması.

Bilik və Bacarıqlar

  • Sıfırdan test avtomatlaşdırma çərçivələrinin qurulması üzrə praktiki təcrübə;
  • Ən azı bir proqramlaşdırma dilində (Java, Python, TypeScript və ya JavaScript) yaxşı kodlaşdırma bacarıqları;
  • UI avtomatlaşdırma alətləri (Playwright, Selenium və ya Cypress) ilə iş təcrübəsi;
  • Güclü API testləri üzrə biliklər; 'contract testing' təcrübəsi arzuolunandır;
  • Testlərin CI/CD-yə (GitLab təcrübəsi arzuolunandır) inteqrasiyası və Git ilə iş təcrübəsi;
  • Məlumatların yoxlanılması üçün yaxşı SQL bilikləri;
  • Testlərdə AI/LLM alətlərindən istifadə üzrə praktiki təcrübə;
  • QA mühəndislərinə rəhbərlik və ya mentorluq təcrübəsi;
  • Sığorta və ya bankçılıq sahəsi, mobil tətbiq və ya performans testləri ilə tanışlıq arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan, İngilis.

Təhsil və Təcrübə

  • Keyfiyyətə nəzarət sahəsində 5 ildən çox, o cümlədən testlərin avtomatlaşdırılması üzrə ən azı 3 il və avtomatlaşdırma mühəndislərinə rəhbərlik və ya mentorluq üzrə 1 ildən çox təcrübə.

Biz Sizə Təklif Edirik

Dəyər yaradan işlər

  • Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.

Birlikdə güclənən komanda

  • Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.

Davamlı inkişaf imkanları

  • Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.

Etimada əsaslanan iş mühiti

  • Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

PASHA Insurance OJSC invites candidates to apply for the position of Automation QA Lead and become a member of our professional team.

We are scaling our product development and investing in quality engineering as a core capability. You will lead test automation across our product teams: build and evolve the automation framework, run automated tests in CI/CD, apply AI tools in testing, and grow a team of automation engineers. The role is hands-on and works closely with the Head of Quality Engineering.

Responsibilities

  • Design, build and maintain the test automation framework used across product teams;
  • Drive automation with an API-first approach: API and contract tests, business scenario tests, and focused E2E on critical paths;
  • Integrate automated tests into CI/CD pipelines and support release quality gates;
  • Build and maintain the automated regression suite; keep tests stable and fast;
  • Manage test data and test environments together with development and DevOps teams;
  • Write automation code and review the code of other engineers;
  • Use AI/LLM tools to generate and maintain test cases and automated tests, with human review;
  • Follow the rules for safe use of AI in QA: data handling and quality criteria for generated tests;
  • Work with Business Analysis, Development and Product teams on testable requirements;
  • Lead, coach and grow automation engineers; help manual testers move into automation;
  • Share automation standards and good practices across product teams.

Knowledge and Skills

  • Solid hands-on experience building test automation frameworks from scratch;
  • Good coding skills in at least one language (Java, Python, TypeScript or JavaScript);
  • Experience with UI automation tools (Playwright, Selenium or Cypress);
  • Strong API testing background; experience with contract testing is a plus;
  • Experience integrating tests into CI/CD (GitLab is a plus) and working with Git;
  • Good SQL skills for data checks;
  • Hands-on experience using AI/LLM tools in testing;
  • Experience leading or mentoring QA engineers;
  • Familiarity with the insurance or banking domain, mobile or performance testing is a plus;
  • Language skills: Azerbaijani, English.

Education and Experience

  • 5+ years in QA, including at least 3 years in test automation and 1+ year leading or mentoring automation engineers.

What We Offer

Meaningful Work

  • Opportunity to contribute to the Company’s success by participating in decision-making processes and driving positive change.

A Team That Grows Together

  • Opportunity to work in a professional, supportive, and collaborative team environment.

Continuous Development Opportunities

  • Access to a wide range of learning and development opportunities to enhance your knowledge, skills, and professional experience.

A Trust-Based Work Environment

  • A workplace where your ideas are valued, your initiatives are encouraged, and your professional growth is supported.

Only candidates who meet the initial selection criteria will be contacted.

Interested candidates can apply by clicking the link provided in the "Apply" button.

PAŞA Sığorta şirkətinin digər vakansiyaları

PAŞA Sığorta vakansiyaları