Əsas məzmuna keç
GoJob

Qazma qurğuları üzrə Qaynaqçı

Modern Engineering Bureau of AzerbaijanBakıda qaynaqçı vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı, Xətai
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
13 oktyabr 2026
Son müraciət tarixi
12 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Modern Engineering Bureau of Azerbaijan Bakının Xətai rayonunda qaynaqçı axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri

  • Qazma qurğuları, metal konstruksiyalar, çənlər, boru kəmərləri və digər avadanlıqlar üzərində elektrik və qaz qaynaq işlərini yerinə yetirmək; 
  • Quyuağzı avadanlıqlarının (Wellhead), manifoldların, boru xətlərinin və metal konstruksiyaların quraşdırılması və sökülməsi zamanı qaynaq işlərini icra etmək; 
  • Qazma qurğularının quraşdırılması, sökülməsi və texniki təmiri işlərində iştirak etmək; 
  • Qaynaq işlərini texniki tələblərə, layihə sənədlərinə və keyfiyyət standartlarına uyğun yerinə yetirmək; 
  • Qaynaq avadanlıqlarının saz vəziyyətdə saxlanılmasını təmin etmək və nasazlıqlar barədə rəhbərliyi məlumatlandırmaq; 
  • İş yerində əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, yanğın təhlükəsizliyi və ekoloji tələblərə riayət etmək; 
  • İş başa çatdıqdan sonra iş sahəsini və istifadə olunan avadanlıqları səliqəyə salmaq; 
  • Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək. 

Namizədə tələblər

  • Orta və ya peşə təhsili; 
  • Müvafiq sahədə və qaynaqçı vəzifəsində minimum 1 il iş təcrübəsi; 
  • Elektrik və qaz qaynaq işləri üzrə praktiki bilik və bacarıqlar; 
  • Boru kəmərləri, metal konstruksiyalar və qazma avadanlıqlarının qaynağı üzrə iş təcrübəsi; 
  • Texniki çertyojları və qaynaq işlərinə dair sənədləri oxumaq bacarığı üstünlükdür; 
  • SƏTƏM, əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər; 
  • Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq; 
  • Növbəli iş rejimində, quruda və ya dənizdə işləmək imkanı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Modern Engineering Bureau of Azerbaijan şirkətinin digər vakansiyaları

Modern Engineering Bureau of Azerbaijan vakansiyaları