Əsas məzmuna keç
GoJob

Qəza komissarı

Xalq SığortaBakıda qəza komissarı vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Könüllü
Dərc olunub
9 oktyabr 2026
Son müraciət tarixi
8 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

Xalq Sığorta Bakıda «Qəza komissarı» vəzifəsinə işçi axtarır. Könüllü iş. Müraciət birbaşa işəgötürənə göndərilir.

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Müvafiq sahədə minimum 1  il iş təcrübəsi;
  • Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;
  • B kateqoriyalı sürücülük vəsiqəsi;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Κomandada işləmək bacarığı;
  • Məsuliyyətli;
  • Dil bilikləri- azərbaycan dili-əla; rus dili-arzuolunandır.

Vəzifə öhdəlikləri:

  • Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;
  • Baş vermiş hadisə yerinə operativ çıxışın həyata keçirilməsi, iştirakçılar barədə məlumatların toplanması, hadisə yerinin foto və ya video çəkilişlərinin aparılması və bütün materialların müvafiq proqram təminatına yüklənilməsi;
  • Hadisə yerinə səlahiyyətli dövlət orqanlarının və digər aidiyyəti qurumların əməkdaşlarının gəlməsinin təşkili;
  • Yol-nəqliyyat hadisələrinə baxışın keçirilməsi, qəzanın yerində araşdırılması, sığorta dələduzluğu faktı, kənar izlər və şübhəli hallar müşahidə olunduqda araşdırma prosesinin aparılması;
  • Hadisə ilə bağlı proqram təminatında sorğunun yaradılması və qiymətləndirmə üçün məsul funksiyaya yönəldilməsi.

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
  • İmtiyazlar: Könüllü tibbi sığorta;

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Qəza komissarı) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Xalq Sığorta şirkətinin digər vakansiyaları

Xalq Sığorta vakansiyaları