Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Müraciət müddəti bitib · 7 oktyabr 2026

Oxşar vakansiyalar

Resepsionist

OccLİV klinika

Maaş: 600 – 800 ₼ / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
31 avqust 2026

Bakı şəhərində Ofis və İnzibati işlər üzrə iş elanları

Vakansiya haqqında

OCCLIV klinikasına Resepsionist tələb olunur

Bakının Ağ Şəhər ərazisində yeni açılacaq OCCLIV klinikasına pasiyentlərlə yüksək səviyyədə ünsiyyət qura bilən, məsuliyyətli və işinə ciddi yanaşan xanım resepsionist tələb olunur.

İş təcrübəsi: Klinika, stomatologiya, estetik mərkəz və ya xidmət sektorunda iş təcrübəsi üstünlükdür.

İş şəraiti

600–800 AZN + bonus

Əmək haqqı namizədin təcrübə və bacarıqlarına uyğun müəyyən edilir. İş göstəricilərinə və nəticələrə əsasən əlavə bonus sistemi nəzərdə tutulur.

OCCLIV – Functional Dentistry • Balance • Anti-Age

Bakı, Ağ Şəhər

Yeni formalaşan komandamıza uzunmüddətli əməkdaşlıq etməyi düşünən, klinikanın inkişafında aktiv iştirak etmək istəyən və OCCLIV-in yüksək xidmət standartlarını layiqincə təmsil edə biləcək komanda üzvü axtarırıq.

Tələblər

  1. Yaş: 20–40
  2. Səliqəli, baxımlı və təqdimatlı xarici görünüş
  3. Azərbaycan dilində səlis danışıq
  4. Rus dilini yaxşı səviyyədə bilmək
  5. Kompüter bilikləri və gündəlik ofis proqramları ilə işləmə bacarığı
  6. Yüksək ünsiyyət və pasiyentlərlə düzgün davranış bacarığı
  7. Sosial şəbəkələrdə aktiv olmaq və klinikanın sosial media fəaliyyətinə dəstək göstərmək
  8. Məsuliyyətli, punktual və işinə ciddi yanaşmaq
  9. Gülərüz, pozitiv və komandada işləmə bacarığı
  10. Pasiyentlərin qarşılanması, qeydiyyatı və görüşlərin koordinasiyasını həyata keçirmək

OccLİV klinika şirkətinin digər vakansiyaları

OccLİV klinika vakansiyaları