Təşkilati Risklərin İdarə Edilməsi üzrə Kiçik mütəxəssis
PASHA BankBakıda risklər üzrə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 29 sentyabr 2026
- Son müraciət tarixi
- 29 oktyabr 2026
- Kateqoriya
- Maliyyə və Bank
Vakansiya haqqında
PASHA Bank Bakıda risklər üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Əsas vəzifə öhdəlikləri:
· Bütün səviyyələrdə bank üçün xarakterik risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarətdə saxlanması;
· Bank üzrə risk mədəniyyətinin ölçülməsi, monitorinqi və aktiv idarə edilməsi (1-ci müdafiə səviyyəsi ilə iş);
· Təşkilati risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin, dəstəklənməsi və onların yerinə yetirilməsi;
· Bankdaxili səlahiyyətlərin idarə edilməsinə nəzarət edilməsi;
· Bankın müvafiq funksiyaları üçün zəruri tədrisin təmin edilməsi/Risk mədəniyyətinin inkişaf etdirilməsi;
· Bank üzrə təşkilati itkiləri bazasının toplanması, ssenari modelləşdirməsinə və stress testlərin keçirilməsinə nəzarət edilməsi;
· Təşkilati riski iştahasının və hədlərinin monitorinq edilməsi və müvafiq bizneslərə onlar barədə məlumatın çatdırılması;
· Dövri hesabatlığın hazırlanması;
· Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.