Salatçı
TAİS İKF MMCBakıda salatçı vakansiyası
Maaş: 800 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 6 noyabr 2026
- Son müraciət tarixi
- 6 dekabr 2026
- Kateqoriya
- Restoran və Kafe
Vakansiya haqqında
TAİS İKF MMC Bakıda «Salatçı» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 800 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Satış obyektlərimiz üzrə təcrübəli “Salatçı” axtarırıq.
Vəzifə öhdəlikləri:
- Menyuda yer alan salatların və soyuq qəlyanaltıların reseptə uyğun hazırlanması
- Məhsulların keyfiyyətinə və təzəliyinə nəzarət edilməsi
- Hazırlıq prosesində sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət edilməsi
- İş sahəsinin, avadanlıqların və istifadə olunan alətlərin təmiz və səliqəli saxlanılması
- Məhsulların düzgün saxlanma qaydalarına və son istifadə tarixlərinə nəzarət edilməsi
- Gündəlik hazırlıq planına uyğun işləmək və sifarişləri vaxtında təqdim etmək
- Mətbəx komandası ilə koordinasiyalı şəkildə çalışmaq
- Reseptura və porsiya standartlarına uyğun məhsul hazırlamaq
- Məhsul çatışmazlığı və ya keyfiyyət problemi barədə vaxtında rəhbərə məlumat vermək
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
Namizədə tələblər:
- Salatçı sahəsində iş təcrübəsi arzuolunandır
- Yemək hazırlanması və məhsulların ilkin emalı üzrə praktiki bacarıqlara sahib olmaq
- Gigiyena və qida təhlükəsizliyi qaydaları haqqında məlumatlı olmaq
- Səliqəli, məsuliyyətli və detallara diqqətli olmaq
- Sürətli iş tempinə uyğunlaşmaq və komanda ilə işləmə bacarığı
- Mətbəx avadanlıqlarından düzgün istifadə bacarığı
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş rejimi
- Əmək haqqı: 800-1000 AZN
- İş yeri üzrə ünvan: Bakı şəhəri, Xəzər rayonu
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Salatçı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.