Əsas məzmuna keç
GoJob

Satıcı - Kassir

Nihad StoreBakıda satıcı vakansiyası

Maaş: 600 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
3 noyabr 2026
Son müraciət tarixi
3 dekabr 2026

Bakı şəhərində Satış və Ticarət üzrə vakansiyalar

Vakansiya haqqında

Nihad Store Bakıda satıcı axtarır. Tam ştat, maaş 600 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Nihad Store komandamızı genişləndiririk! Müştərilərlə işləməyi sevən, məsuliyyətli, gülərüz və işinə ciddi yanaşan Satıcı-kassir xanım və bəyləri komandamıza qoşulmağa dəvət edirik.

Əmək haqqı və iş şəraiti

  • Əmək haqqı: 600 AZN
  • İş qrafiki: Növbəli iş rejimi.
  • Nahar şirkət tərəfindən təmin olunur.
  • İş yeri: Nihad Store

Vəzifə və öhdəliklər

  • Müştəriləri gülərüz və nəzakətlə qarşılamaq, onlara keyfiyyətli xidmət göstərmək;
  • Müştərilərə məhsullar haqqında ətraflı məlumat vermək və seçimlərində kömək etmək;
  • Kassa əməliyyatlarını düzgün və diqqətli şəkildə aparmaq;
  • Nağd və bank kartları vasitəsilə ödənişləri qəbul etmək;
  • Məhsulların vitrinlərdə səliqəli və düzgün yerləşdirilməsinə nəzarət etmək;
  • Məhsulların görünüşünə, təmizliyinə və satış sahəsinin səliqəsinə diqqət yetirmək;
  • İş yerində təmizlik və nizam-intizam qaydalarına riayət etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək;
  • Şirkətin daxili qaydalarına və xidmət standartlarına əməl etmək.

Namizədə dair tələblər

  • Məsuliyyətli, dürüst və intizamlı olmaq;
  • Müştərilərlə ünsiyyət qurmaq bacarığına malik olmaq;
  • Gülərüz, nəzakətli və səliqəli olmaq;
  • Komanda ilə işləməyi bacarmaq;
  • Diqqətli olmaq və verilən tapşırıqları düzgün yerinə yetirmək;
  • Satıcı və ya kassir sahəsində iş təcrübəsi olan namizədlərə  üstünlük verilir.

Müraciət etmək istəyən namizədlər qeyd olunan nömrələrə və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını təqdim edə bilərlər:

Əlaqə nömrəsi:

  • 050 881 52 22
  • 051 975 51 35

Ünvan: Həzi Aslanov Metrostansiyasının yaxınlığı.

Nihad Store şirkətinin digər vakansiyaları

Nihad Store vakansiyaları