Satınalma üzrə mütəxəssis
SwissDentBakıda satınalma üzrə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Yasamal
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 19 oktyabr 2026
- Son müraciət tarixi
- 18 noyabr 2026
- Kateqoriya
- Logistika və Nəqliyyat
Vakansiya haqqında
SwissDent Bakının Yasamal rayonunda satınalma üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
İş barədə məlumat:
- Satınalma prosesinin təşkili və nəzarəti
- Bazar araşdırmasının aparılması
- Sərgilərdə və müvafiq tədbirlərdə iştirak
- Təchizatçılar, partnyorlar və müştərilərlə yazılı və şifahi işgüzar əlaqələrin yaradılması, danışıqların aparılması və nəzarətdə saxlanılması
- Stoka və digər daxili qaydalara uyğun sifarişlərin verilməsi və icrasının nəzarətdə saxlanılması
- Logistika və gömrük işlərinin təşkili və təmini, qəbulu (bilavasitə icrası)
- Müvafiq icazələrin alınması, tenderlərdə iştirak proseslərinin icrası
- Proseslərinin səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması
- Fəaliyyəti ilə bağlı müvafiq periodik hesabatların hazırlaması
- 6 günlük iş qrafiki
Namizədə tələblər:
- Ali iqtisadi təhsil
- Əlaqədar sahədə ən az 3 il iş təcrübəsi
- MS Office (Excel, Work, Power Point, Outlook) və sahə ilə əlaqədar ERP işləmə bacarığı
- Azərbaycan, İngilis, Rus, dil bilikləri
- Müvafiq qanunvericilik və kargüzarlığın aparılması haqqında bilik
- Ezamiyyətlərə getmə imkanı
- Təqdimat, ünsiyyət və işgüzar danışıq və yazışmaların aparılması bacarıqları
- Analitik düşüncə qabiliyyət, təşkilatçılıq, proaktivlik
Maraqlananlar şəxslər mövzu hissəsinə “Satınalma üzrə mütəxəssisi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət edə bilər.