Əsas məzmuna keç
GoJob

Satınalma mütəxəssisi

GrouponeBakıda satınalma üzrə mütəxəssis vakansiyası

Maaş: 900 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
23 oktyabr 2026
Son müraciət tarixi
22 noyabr 2026

Bakı şəhərində Logistika və Nəqliyyat üzrə vakansiyalar

Vakansiya haqqında

Groupone Bakıda satınalma üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 900 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Əsas vəzifələr

  • Şirkətdə gündəlik və dövri satınalma ehtiyaclarını müəyyən etmək, müvafiq şöbələrdən daxil olan sifarişləri toplamaq və planlaşdırmaq;
  • Qida məhsulları, içkilər, qablaşdırma materialları, təsərrüfat malları və digər zəruri məhsullar üzrə satınalma prosesini təşkil etmək;
  • Məhsulların tələb olunan keyfiyyət, miqdar və çeşiddə, razılaşdırılmış müddətdə çatdırılmasını təmin etmək;
  • Mövcud təchizatçılarla işgüzar əlaqələri qorumaq, yeni təchizatçıların araşdırılmasını və seçilməsini həyata keçirmək;
  • Təchizatçılardan kommersiya təklifləri almaq, qiymətləri, keyfiyyəti, ödəniş və çatdırılma şərtlərini müqayisə etmək;
  • Qiymət və müqavilə şərtləri üzrə danışıqlar aparmaq, şirkət üçün daha sərfəli satınalma şərtlərinin əldə edilməsinə çalışmaq;
  • Satınalma sifarişlərini hazırlamaq, təsdiq prosesini izləmək və sifarişlərin icra vəziyyətinə nəzarət etmək;
  • Çatdırılma zamanı məhsulların sifarişə uyğunluğunu, son istifadə tarixlərini və tələb olunan keyfiyyət göstəricilərini aidiyyəti əməkdaşlarla koordinasiya etmək;
  • Məhsul çatışmazlığı, gecikmə, keyfiyyət uyğunsuzluğu və digər təchizat problemlərini vaxtında müəyyən etmək və həlli üçün tədbirlər görmək;
  • Anbar və restoran komandaları ilə əməkdaşlıq edərək qalıqlar, istehlak həcmi və yenidən sifariş ehtiyacları barədə məlumatları nəzərə almaq;
  • Satınalma xərclərini izləmək, qiymət dəyişikliklərini təhlil etmək və xərclərin optimallaşdırılması üzrə təkliflər vermək

Namizədə tələblər

  • Satınalma sahəsində 1 il iş təcrübəsi (Restoran və qida sektorunda təcrübə üstünlükdür)
  • Şirkətlər ilə danışıqlar aparmaq və qiymət təhlili bacarığı;
  • MS Excel və MS Office proqramları ilə işləmək bacarığı;
  • Rus dili mütləqdir 
  • Sənədləşmə və hesabatların hazırlanması üzrə diqqətlilik;
  • Məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı.

İş şərtləri

  • İş yeri: Bakı şəhəri
  • Nahar şirkət tərəfindən təmin edilir 
  • Əmək haqqı: 900-1000 Azn 

Uyğun namizədlər öz CV-lərini “Satınalma mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Groupone şirkətinin digər vakansiyaları

Groupone vakansiyaları