Əsas məzmuna keç
GoJob

Satış və Satınalma üzrə Mütəxəssis

Pilates LifeBakıda satınalma üzrə mütəxəssis vakansiyası

Maaş: 700 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
28 oktyabr 2026
Son müraciət tarixi
27 noyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Pilates Life Bakıda satınalma üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 700 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti

  • İş yeri: AF Mall
  • İş qrafiki: 5 gün 10:00 – 18:00
  • Maaş: sınaq müddəti ərzində 700 AZN fiks + satış faizi, sınaq müddəti bitəndən sonra fiks maaş artacaq.

PilatesLife komandası üçün satış və satınalma sahəsində çalışacaq, eyni zamanda müxtəlif layihələrin idarə olunmasında iştirak edəcək məsuliyyətli və çoxfunksiyalı əməkdaş axtarırıq.

Əgər aktiv, operativ, təşəbbüskar və müasir iş prinsipləri ilə işləməyi sevən birisinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.

Əsas vəzifələr:

  • Satış və satınalma proseslərinin koordinasiyası və idarə olunması
  • Təchizatçılarla danışıqların aparılması və əməkdaşlıqların qurulması
  • Məhsul və xidmətlərin qiymət analizinin aparılması
  • Sifarişlərin hazırlanması və prosesin nəzarətdə saxlanılması
  • Müxtəlif layihə və tədbirlərin təşkilində aktiv iştirak
  • Şirkətin gündəlik əməliyyat proseslərinə dəstək
  • Hesabatların hazırlanması və məlumatların sistemləşdirilməsi
  • Komanda ilə koordinasiyalı şəkildə işləmək
  • Ofis proqramlarında sənədlərlə işləmək və məlumat bazalarının idarə olunması
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ şəkildə yerinə yetirilməsi

Namizədə tələblər:

  • Azərbaycan və rus dillərini sərbəst bilmək — mütləqdir
  • İngilis dili biliyi üstünlükdür
  • Kompüter proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • MS Office proqramlarını yaxşı bilmək
  • 1C proqramı üzrə biliklər üstünlükdür
  • Analitik düşüncə və təşkilatçılıq bacarığı
  • Çoxşaxəli iş mühitində işləmək qabiliyyəti
  • Ünsiyyət və komanda ilə işləmək bacarığı
  • Məsuliyyətli, diqqətli və operativ olmaq

​​​​​​​Biz nə təklif edirik:

  • Rəsmi əmək müqaviləsi ilə işə qəbul
  • Stabil və uzunmüddətli iş imkanı
  • Gənc, pozitiv və dəstəkçi kollektiv
  • Rahat və müasir iş mühiti
  • İnkişaf və yeni layihələrdə iştirak imkanı
  • Dinamik və motivasiyaedici iş atmosferi

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Pilates Life şirkətinin digər vakansiyaları

Pilates Life vakansiyaları