Satınalma (Qida Məhsulları) üzrə Aparıcı mütəxəssis
Bridge Supply ManagementBakıda satınalma üzrə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 29 oktyabr 2026
- Son müraciət tarixi
- 28 noyabr 2026
- Kateqoriya
- Logistika və Nəqliyyat
Vakansiya haqqında
Bridge Supply Management Bakıda satınalma üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
İş şəraiti
- İş rejimi: Tam ştat 5 gün 09:00-18:00
- Əmək haqqı: Müsahibə Əsasında təyin olunur.
- İş Ünvanı: Bridge Plaza
Namizədə tələblər:
- Ali təhsil (maliyyə, mühasibat, iqtisadiyyat, biznesin idarə olunması və ya əlaqəli ixtisaslar üzrə);
- Yaş aralığı: 25-40.
- Bəy namizədlər.
- Satınalma (Qida üzrə) 3 il minimum iş təcrübəsi
- Satınalma üzrə Restoranlarlarla işləmiş Təcrübəsi olan əməkdaş.
- Rus dili sərbəst, ingilis dili arzuolunandır.
- MS Excel proqramını yaxşı səviyyədə bilmək.
- Birbaşa rəhbər və komanda ilə effektiv əməkdaşlıq bacarığı.
- Rəhbərlə bərabər obyektlərə gediş-gəliş imkanının olması.
- 1C və ya digər mühasibat proqramlarını bilmək üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Qida məhsulları üzrə satınalma prosesinin planlaşdırılması və idarə edilməsi;
- Təchizatçıların araşdırılması, yeni təchizatçıların cəlb edilməsi və mövcud təchizatçılarla əlaqələrin inkişaf etdirilməsi;
- Təchizatçılardan kommersiya təkliflərinin alınması, qiymət və şərtlərin müqayisə edilməsi, danışıqların aparılması;
- Məhsulların keyfiyyət, qiymət, çatdırılma müddəti və digər tələblərə uyğunluğunun təmin edilməsi;
- Satınalma sifarişlərinin hazırlanması, təsdiqlənməsi və çatdırılma prosesinin izlənilməsi;
- Qida məhsullarının tələb olunan həcmdə və vaxtında tədarükünün təmin edilməsi;
- Məhsul qiymətlərinin və bazar tendensiyalarının mütəmadi təhlili;
- Anbar ehtiyatlarının izlənilməsi və müvafiq şöbələrlə koordinasiyanın təmin edilməsi;
- Satınalma büdcəsinə və xərclərin optimallaşdırılmasına nəzarət edilməsi;
- Təchizatçılarla müqavilələrin və digər satınalma sənədlərinin hazırlanması və idarə olunması;
- Məhsulların son istifadə tarixlərinə, saxlanma və daşınma şərtlərinə diqqət yetirilməsi;
- Satınalma fəaliyyəti üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Yalnız vakansiya tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.