Əsas məzmuna keç
GoJob

Satınalma üzrə mütəxəssis (İnvestisiya Layihələri Üzrə)

Matanat ABakıda satınalma üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
2 noyabr 2026
Son müraciət tarixi
2 dekabr 2026

Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə vakansiyalar

Vakansiya haqqında

Matanat A Bakıda satınalma üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Təsvir

  • İşəgötürənin istehsal fəaliyyətində istifadə edilən malların müvafiq xarici ölkələrdə və daxili bazarda satışı barədə araşdırmalar aparır; ən keyfiyyətli və ən ucuz malların satıcılarını müəyyən edir və rəhbərliklə razılaşdırılaraq həmin malların alqı-satqısı və daşınması üzrə müqavilələrin hazırlanması və imzalanmasını təşkil edir;
  • Apardığı yazışmaların, danışıqların, bağlanan müqavilələrin məxfi saxlanılması üçün zəruri tədbirlər görür; Qanun və digər normativ hüquqi aktlarla, həmçinin əməyin mühafizəsi üzrə qayda və təlimatlarla müəyyən edilən əməyin mühafizəsi tələblərinə riayət edir;
  • Daxili və xarici tədarükçülərin seçimi və qiymətlərin qiymətləndirilməsi, tədarüklərin keyfiyyətinin qiymətləndirilməsi və yoxlanılması, lazımi keyfiyyətdə, tədarük edilən məhsul və xidmətlərlə vaxtında təmin etmək məqsədilə zəruri sənədləşmələrin aparılması;
  • Məhsulun keyfiyyətinə və təşkilatda aparılan işlərə ziyan vura biləcək tələblərə cavab verməyən keyfiyyətdə məhsulların tədarükünün qarşısının alınması;
  • Xarici bazardan (xaricdə olan şirkət və ya müəssisələrdən) satın alınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi; Yerli bazarın monitorinqini aparmaq; Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq, istehsalçı fabrikalardan qiymətlərin alınması, maliyyətinin çıxarılması; İstehsalçı fabrika ilə müqavilələrin bağlanması.

Tələblər

  • Təhsil: Ali;
  • İş təcrübəsi: minimum 3 il;
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri;
  • Kompüter bilikləri: Word, Excel, Outlook və 1C;

İş şəraiti:

  • İş saatı: 09:00-dan 18:00-dək;
  • İstirahət: Şənbə və bazar günü;
  • İş yeri: Luxen Plaza.

Biz nə təklif edirik: 

  • Əmək haqqı (Razılaşma yolu ilə);
  • Şəhərin mərkəzində ofis;
  • Dinamik və gənc komanda ilə iş imkanı.  

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar