Qida əlavələri üzrə satış və satınalma mütəxəssisi
Fostanpak MMCBakıda satınalma üzrə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, BinəqədiBinəqədi qəsəbəsi, DSK yolu 1288
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 12 noyabr 2026
- Son müraciət tarixi
- 12 dekabr 2026
- Kateqoriya
- Logistika, Anbar və Təchizat
Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə vakansiyalar
Vakansiya haqqında
Fostanpak MMC Bakının Binəqədi rayonunda satınalma üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə öhdəlikləri:
- Qida əlavələrinin tərkibi, xüsusiyyətləri, istifadə təyinatı və texniki göstəriciləri barədə məlumatlı olmaq;
- Qida əlavələri bazarını, yeni məhsulları və istehsalçıları araşdırmaq;
- Xarici istehsalçı və təchizatçılarla məhsul seçimi istiqamətində araşdırmalar aparmaq;
- Məhsulların xaricdən sifariş edilməsi üçün satınalma şöbəsi ilə koordinasiyalı işləmək;
- Məhsulların texniki sənədlərini, spesifikasiyalarını, tərkibini və keyfiyyət sertifikatlarını araşdırmaq;
- Yeni məhsulların çeşidinin formalaşdırılması və məhsul portfelinin genişləndirilməsi ilə bağlı təkliflər vermək;
- Şirkətə daxil olan qida əlavələrinin satışını təşkil etmək və həyata keçirmək;
- Mövcud və potensial müştərilərlə əlaqələr qurmaq, məhsullar barədə ətraflı məlumat vermək;
- Müştərilərin tələbatını müəyyən etmək və uyğun məhsullar təklif etmək;
- Satış planlarının yerinə yetirilməsini təmin etmək;
- Satış nəticələri, bazar tələbatı və məhsul dövriyyəsi barədə hesabatlar hazırlamaq;
- Rəqib şirkətlərin məhsullarını və bazar qiymətlərini araşdırmaq.
Namizəddən tələblər:
- Qida texnologiyası, qida mühəndisliyi,biotexnologiya və ya müvafiq sahələr üzrə ali təhsil arzuolunandır;
- Qida əlavələrinin tərkibi və xüsusiyyətləri barədə biliklər;
- Qida əlavələri sahəsində iş təcrübəsi üstünlükdür;
- Xanım namizədlərə üstünlük veriləcək.
- Satış və müştərilərlə ünsiyyət bacarığı;
- Satınalma və təchizat prosesləri barədə məlumatlılıq;
- Xarici təchizatçılarla danışıq aparmaq üçün rus və ya ingilis dili biliyi mütləqdir;
- MS Office proqramlarında işləmək bacarığı;
- Analitik düşünmə, araşdırma və təqdimat bacarığı;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş qrafiki (6cı gün qısa iş günü)
- İş yeri: Binəqədi r,Binəqədi qəsəbəsi
- Əmək haqqı: Müsahibə əsasında danışılacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.