Əsas məzmuna keç
GoJob

Satınalma üzrə mütəxəssis

Amper ElektrikBakıda satınalma üzrə mütəxəssis vakansiyası

Maaş: 1.000 ₼-dən / ay

Yerləşmə
Bakı, Qaradağ
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
13 noyabr 2026
Son müraciət tarixi
13 dekabr 2026

Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə vakansiyalar

Vakansiya haqqında

Amper Elektrik Bakının Qaradağ rayonunda satınalma üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Departamentin adı: Satınalma şöbəsi

Tabe olduğu vəzifənin adı: Satınalma  müdiri 

Əmək funksiyaları:

  • Gündəlik olaraq şirkət daxili sorğuları cavablandırır və satınalma siyahısını müəyyən edir.
  • Sorğu əsasında məhsulu araşdırır və uyğun nümunələri satınalma müdirinə yönləndirir.
  • Uyğun qiymətli məhsulun alınmasını təmin edir.
  • Zərurət yarandıqda, qiymət təkliflərinin rəhbərliklə razılaşdırılmasının təmin edir.
  • Daxili kommunikasiya kanalları (WhatsApp və s.) vasitəsilə daxil olan cari təsərrüfat tələblərini qəbul edir və onların operativ şəkildə qarşılanmasını təmin edir.
  • 1C proqramı vasitəsilə yerli məhsulların anbar qalıqlarına nəzarət edir və stok səviyyəsini izləyir.
  • Müqavilələrin rəhbərliyin təsdiqinə təqdim edilməsini və imzalanması prosesini təmin edir.
  • Tikinti layihələrinin tələblərinə uyğun olaraq lazımi material, avadanlıq və xidmətlərin satınalma prosesini icra edir.
  • Maliyyə qrupu tərəfindən göndərilən elektron qaimələri 1C bazasında çarpaz yoxlayır və təsdiqləyir.
  • Faktura  üzrə borc öhdəliklərinin vaxtında ödənilməsinə nəzarət edir.
  • Tədarükçülərə borc öhdəliklərini izləyir və məbləğlərin dəqiqliyini dövri olaraq yoxlayır.
  • Tədarükçülərə olan borcların hesabat cədvəlini tərtib edir və Satınalma müdirinə təqdim edir.
  • Şirkət bölmələrindən daxil olan daxili tələbat sorğularını idarə edir və lazımi resursların tədarükü prosesini həyata keçirir.
  • İstehsalat sahəsi üçün zəruri  vasitələrin sifarişini həyata keçirir və onların vaxtında alınmasına təmin edir.
  • İşçi heyətinin xüsusi geyim və fərdi mühafizələrini sifariş ediləmisini təmin  edir.
  • Satınalınan məhsulların 1C bazasında qeydiyyatını aparır.
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edir.

Təhsil tələbləri:

  • Ali təhsil
  • Staja dair tələb: 2 il iş təcrübəsi
  • Kompyüter biliklərinə dair tələblər: Microsoft office / 1C

İxtisas səriştələri:

  • Danışıq aparma bacarığı
  • Çeviklik
  • Operativlik
  • Stressə davamlılıq
  • Ünsiyyət bacarığı

Dil bilikləri:

  • Azərbaycan dili
  • Rus dili-Üstünlükdür
  • İngilis dili-Üstünlükdür

Əməkhaqqı 1000 Azn + 

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Amper Elektrik şirkətinin digər vakansiyaları

Amper Elektrik vakansiyaları