Əsas məzmuna keç
GoJob

Market Sahəsində Satınalma üzrə Mütəxəssis (Sumqayıt)

AYTA LTD MMCBakıda satınalma üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
28 sentyabr 2026
Son müraciət tarixi
28 oktyabr 2026

Bakı şəhərində Logistika və Nəqliyyat üzrə vakansiyalar

Vakansiya haqqında

AYTA LTD MMC Bakıda satınalma üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Tələblər:

  • Ali təhsil
  • MARKET sahəsi üzrə 3 ildən yuxarı iş təcrübəsi
  • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək vacibdir
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı
  • LOGO TİGER proqramında işləmək bacarığı
  • İntizamlılıq, punktuallıq,komandada işləmə bacarığı

İş yeri: Sumqayıt şəhəri

İş haqqında məlumat:

  • Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi və satınalma sorğularının icrası;
  • Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili bazarda araşdırılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların,danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Satınalmanın  həyata keçirilməsi ilə bağlı olan tapşırıqların prosedurun tələblərinə uyğun olaraq həyata keçirmək;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərini almaq, təkliflərin müqayisəli təhlilini  aparılmaq və optimal təklifin rəhbərliyə təqdim etmək;
  • İcra olunan əməliyyatların reyestrini aparmaq;
  • Mal/xidmət alışı həyata keçirildikdən sonra işləri təhvil verən tədarükçünün qiymətləndirmə prosesinin həyata keçirilmək.
  • Satınalma müqavilələrin tərtibatı üzrə ümumi anlayış;
  • Satın alınan malın hərəkətinin və sənədləşdirilməsinin izlənilməsi və təşkil edilməsi; 
  • Təchizat və satınalmanın ümumi prinsipləri və prossesləri barədə məlumatlı olmaq;
  • Razılaşdırılmış ticari şərtlərin icraatına nəzarət.
  • Daxili bazar araşdırmalarının aparılması və satış analizlərinin həyata keçirilməsi. 
  • Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
  • Müqavilələrin hazırlanmasının təşkili, müqavilə və ödəniş şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması, hesabatların hazırlanması və təqdim edilməsi;
  • Daxili və Xarici sifarişçilərdən daxil olan sorğuların (malların və xidmətlərin) mövcud təchizatçılardan satınalımasını təmin etmək;
  • Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi;
  • İstehsalçı tərəfindən qiymətlərin alınması, maliyyətinin çıxarılması;
  • Təchizatla əlaqədər rəhbərlik tərəfindən verilən tapşırıqların icra edilməsi.
  • Şirkətin bütün prosedur və təlimatlarına riyaət etmək;

Təminatlar:

  • Əmək haqqı: Namizədin biliklərinə əsasən təyin ediləcəkdir. 

QEYD: Vakansiyaya uyğun namizədlər CV-lərin “Satınalma üzrə Mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər. 

AYTA LTD MMC şirkətinin digər vakansiyaları

AYTA LTD MMC vakansiyaları