Satınalma mütəxəssisi (İnşaat üzrə)
Procoat MMCBakıda satınalma üzrə mütəxəssis vakansiyası
Maaş: 1.200 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 5 oktyabr 2026
- Son müraciət tarixi
- 4 noyabr 2026
- Kateqoriya
- Logistika və Nəqliyyat
Vakansiya haqqında
Procoat MMC Bakıda satınalma üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 1 200 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə öhdəlikləri:
- Bazar təhlili, tələb olunan inşaat materiallarının daxili/xarici bazarda araşdırılması.
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, danışıq və yazışmaların, görüşlərin aparılması
- Tədarükçü şirkətlərdən qiymət təklifi alınması, təkliflərin təhlil edilməsi.
- Təchizatla bağlı müqavilə şərtlərinin müəyyən olunması, hazırlanması və icrasının təmin edilməsi.
- Sifarişlərin icrası, proseslərin izlənilməsi.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Menecment, Logistika, Maliyyə və ya oxşar sahə)
- Xanım namizəd
- Neft-qaz / tikinti / sənaye layihələrində təcrübə
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
- Azərbaycan dili – əla, rus və ingilis dili biliyi üstünlükdür.
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
- Yüksək ünsiyyət, təşkilatçılıq və vaxtın idarə olunması bacarıqları.
- Logistika və anbar prosesləri barədə ümumi anlayış.
- Tender və sorğu prosesləri haqqında bilik.
Əmək şəraiti:
- İş yeri: Heydər Əliyev pr, Qafqaz Biznes Mərkəzi.
- İş rejimi: Həftə içi 5 gün. 08:00-17:00.
- Əmək haqqı : 1200-1500 Azn net.
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.