Əsas məzmuna keç
GoJob

Satınalma üzrə mütəxəssis

Avant GroupBakıda satınalma üzrə mütəxəssis vakansiyası

Maaş: 2.000 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
15 oktyabr 2026
Son müraciət tarixi
14 noyabr 2026

Bakı şəhərində Logistika və Nəqliyyat üzrə vakansiyalar

Vakansiya haqqında

Avant Group Bakıda satınalma üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 2 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • Vendorlarla gündəlik satınalma prosesləri üzrə işgüzar kommunikasiyanın aparılması;
  • RFQ (Request for Quotation) sorğularının göndərilməsi və qiymət təkliflərinin toplanması;
  • Tenderlər üzrə qiymət müqayisə cədvəllərinin (Comparison Sheets) hazırlanması;
  • Materialların qiymətlərinin və bazar şərtlərinə uyğunluğunun təhlil edilməsi, zəruri hallarda BD Analytics-in bazar analitikası və müqayisəli qiymətləndirmə məlumatlarından istifadə olunması;
  • Tender nəticələrinin qiymətləndirilməsi və müvafiq hesabatların hazırlanması üzrə Satınalma Menecerinə və şöbə rəhbərinə dəstək göstərilməsi;
  • Tikinti Departamentindən daxil olan operativ satınalma tələblərinin vaxtında icra edilməsi;
  • Materialların texniki uyğunluğunun və təsdiq statusunun dəqiqləşdirilməsi məqsədilə Texniki Ofisin Material Submittals komandası ilə koordinasiyanın təmin edilməsi;
  • Anbar məlumatları əsasında material qalıqlarının yoxlanılması və mövcud ehtiyatlar nəzərə alınmaqla sifarişlərin planlaşdırılması;
  • Materialların texniki təsdiq statusunun yoxlanılması və yalnız təsdiqlənmiş materiallar üzrə sifarişlərin yerləşdirilməsi;
  • Satınalma sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi, sənədlərin izlənəbilənliyinin və audit tələblərinə uyğunluğunun təmin edilməsi.

Tələblər:

  • Ali təhsil (texniki və ya iqtisadi istiqamət üzrə təhsil üstünlükdür).
  • Satınalma sahəsində minimum 2 il iş təcrübəsi.
  • Azərbaycan və Rus dillərini səlis bilməli;
  • MS Excel üzrə güclü biliklər; RFQ və müqayisə cədvəllərinin hazırlanması üzrə təcrübə.
  • ERP sistemləri ilə iş təcrübəsi.
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;

Əlavə məlumat:

  • İş qrafiki: 5/2, 09:30-18:30
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı: 2000-2500 AZN (net)
  • İş yeri - Çıraq plaza

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Avant Group şirkətinin digər vakansiyaları

Avant Group vakansiyaları