Əsas məzmuna keç
GoJob

Satış assistenti

Bakıda satış assistenti vakansiyasıAz-Tex-İmport MMC

Maaş: 300 ₼-dən / ay

Yerləşmə
Bakı, Qaradağ
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
15 oktyabr 2026
Son müraciət tarixi
14 noyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Az-Tex-İmport MMC Bakının Qaradağ rayonunda «Satış assistenti» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 300 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Bakı dairəvi yolu 1063 (Meyvəli gömrük terminalının yaxınlığı);
  • İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə günü qısaldılmış iş günü);
  • Sınaq müddəti: 1 - 3 ay (30-90 gün);
  • Sınaq müddətində əmək haqqı: 300 AZN;
  • Sınaq müddətindən sonra əmək haqqı: 700 AZN + satışdan bonus.

Əsas öhdəliklər:

  • Müştəri müraciətlərinin (zəng, WhatsApp, e-mail) qəbulu və ehtiyacların satış menecerinə yönləndirilməsi;
  • Məhsullar barədə müştəriyə ilkin məlumatın təqdim edilməsi;
  • Kommersiya təklifləri və satış sənədlərinin hazırlanması;
  • Satış komandasına gündəlik işlərdə dəstək və tapşırıqların icrası.

Namizədə tələblər:

  • Təhsil: Ali və ya orta ixtisas təhsili;
  • Yaş həddi: 24 - 34 yaş;
  • Satış, müştəri xidməti və ya kommersiya sahəsində iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan dilində sərbəst və düzgün şifahi/yazılı ünsiyyət bacarığı (Rus və/və ya İngilis dili biliyi üstünlükdür);
  • MS Office proqramları (xüsusilə Word və Excel) ilə işləmək bacarığı;
  • CRM və digər satış sistemlərini öyrənməyə, istifadə etməyə həvəsli olmaq;
  • Müştərilərlə nəzakətli, inamlı və peşəkar ünsiyyət qurmaq bacarığı;
  • Eyni anda bir neçə iş prosesini idarə etmək (multitasking), məsuliyyətlilik, operativlik və detallara diqqət;
  • Öyrənməyə açıq, təşəbbüskar və nəticəyönümlü olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində "Satış assistenti" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Az-Tex-İmport MMC şirkətinin digər vakansiyaları

Az-Tex-İmport MMC vakansiyaları