Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Satış Kanalları üzrə Rəhbər

SupertoysBakıda satış kanalları üzrə rəhbər vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
11 noyabr 2026
Baxış
705
Müraciət
53
Son müraciət tarixi
11 dekabr 2026

Bakı şəhərində Satış və Ticarət üzrə iş elanları

Vakansiya haqqında

Supertoys Bakıda «Satış Kanalları üzrə Rəhbər» vəzifəsinə işçi axtarır. Tam ştat, ofisdə iş. Vakansiyada 12 vəzifə və 11 tələb göstərilib; müraciət e-poçtla, birbaşa işəgötürənə.

Supertoys MMC komandamıza Satış Kanalları üzrə Bölmə Rəhbəri axtarırıq!

Onlayn satış, korporativ satış, E-commerce və Marketplace istiqamətlərinin fəaliyyətini vahid strategiya əsasında idarə edəcək, satış hədəflərinin yerinə yetirilməsini təmin edəcək və komandaların effektiv fəaliyyətinə rəhbərlik edəcək təcrübəli mütəxəssis axtarırıq.

Tələblər

  • Satış və ya kommersiya sahəsində minimum 3 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə minimum 2 il idarəetmə təcrübəsi;
  • Onlayn satış, korporativ satış və E-commerce prosesləri üzrə bilik və təcrübə;
  • Marketplace platformalarının iş prinsiplərini bilmək;
  • Satış strategiyasının hazırlanması və icrası üzrə təcrübə;
  • KPI sisteminin qurulması və satış göstəricilərinin təhlili bacarığı;
  • Komanda idarəetməsi, motivasiya və koordinasiya bacarıqları;
  • Analitik düşüncə və nəticəyönümlülük;
  • Güclü kommunikasiya, danışıqlar aparmaq və qərarvermə bacarığı;
  • MS Excel və hesabat alətləri ilə işləmək bacarığı.
  • 1C və PowerBI işləmək bacarığı

Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Vəzifə öhdəlikləri

  • Onlayn satış, korporativ satış, E-commerce və Marketplace komandalarının fəaliyyətini idarə etmək;
  • Bütün satış kanalları üzrə strategiya və inkişaf planlarının hazırlanmasını təmin etmək;
  • Satış hədəflərini müəyyənləşdirmək, icrasına nəzarət etmək və nəticələri təhlil etmək;
  • Satış kanalları üzrə dövriyyənin və gəlirliliyin artırılması istiqamətində tədbirlər görmək;
  • Komanda rəhbərləri və əməkdaşlar arasında iş bölgüsünü və effektiv koordinasiyanı təmin etmək;
  • Hər bir satış istiqaməti üzrə KPI göstəricilərini müəyyənləşdirmək və nəticələrə nəzarət etmək;
  • Onlayn satış proseslərinin, müştəri müraciətlərinin və sifarişlərin effektiv idarə olunmasını təmin etmək;
  • Korporativ müştərilərlə əməkdaşlığın genişləndirilməsi və yeni satış imkanlarının yaradılması istiqamətində işləri təşkil etmək;
  • Marketplace platformalarında məhsul çeşidinin, qiymətlərin, kampaniyaların və satış nəticələrinin idarə olunmasına nəzarət etmək;
  • E-commerce platformasının satış effektivliyinin artırılması və inkişafı üzrə təşəbbüslər irəli sürmək;
  • Satış kanalları üzrə hesabatları təhlil etmək, nəticələrə əsaslanan qərarlar qəbul etmək;
  • Digər struktur bölmələrlə koordinasiyalı fəaliyyəti təmin etmək.

Supertoys şirkətinin digər vakansiyaları

Supertoys vakansiyaları

Supertoys haqqında

Aktiv vakansiya
16
Son 6 ayda
49
Əsas şəhər
Bakı

Kimləri axtarır

  • marketinq mütəxəssisi
  • SMM mütəxəssisi
  • maliyyə direktoru
  • kontent meneceri
  • korporativ satış üzrə mütəxəssis

Supertoys vakansiyaları: hazırda GoJob-da 16 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən marketinq mütəxəssisi, SMM mütəxəssisi, maliyyə direktoru, kontent meneceri və korporativ satış üzrə mütəxəssis vəzifələrinə işçi axtarır. Son 6 ayda Supertoys şirkətində iş üçün 49 vakansiya dərc olunub. Supertoys vakansiyalarında maaş adətən 500–1 000 AZN arasındadır. Supertoys işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

Supertoys: bütün vakansiyalar (16)

«Satış Kanalları üzrə Rəhbər» vakansiyası haqqında suallar

Supertoys namizəddən nə tələb edir?

  • Satış və ya kommersiya sahəsində minimum 3 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə minimum 2 il idarəetmə təcrübəsi;
  • Onlayn satış, korporativ satış və E-commerce prosesləri üzrə bilik və təcrübə;

Hamısı: «Tələblər»

Bu vəzifədə nə iş görəcəksiniz?

  • Onlayn satış, korporativ satış, E-commerce və Marketplace komandalarının fəaliyyətini idarə etmək;
  • Bütün satış kanalları üzrə strategiya və inkişaf planlarının hazırlanmasını təmin etmək;
  • Satış hədəflərini müəyyənləşdirmək, icrasına nəzarət etmək və nəticələri təhlil etmək;

Hamısı: «Vəzifə öhdəlikləri»

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Bakı.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.