Satış meneceri
CloposBakıda satış meneceri vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Xətai
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 13 noyabr 2026
- Son müraciət tarixi
- 13 dekabr 2026
- Kateqoriya
- Satış və Ticarət
Vakansiya haqqında
Clopos Bakının Xətai rayonunda satış meneceri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
İşin əsas vəzifələri
- Clopos proqram təminatının HoReCa sektorunda fəaliyyət göstərən müəssisələrə (restoran, kafe, hotel və digər iaşə obyektləri) satışını həyata keçirmək;
- Yeni potensial müştəriləri müəyyənləşdirmək, onlarla ilkin əlaqə yaratmaq və əməkdaşlıq imkanlarını araşdırmaq;
- Müştərilərin biznes ehtiyaclarını öyrənərək Clopos-un funksionallığını və təqdim etdiyi üstünlükləri izah etmək;
- Məhsulun təqdimatını (demo) keçirmək və müştərilərə uyğun həllər təklif etmək;
- Satış prosesini ilkin əlaqədən razılaşmanın əldə olunmasına qədər idarə etmək;
- Yeni müştərilərin cəlb edilməsi və müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
- Mövcud müştərilərlə işgüzar münasibətləri qorumaq və yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək;
- Satış fəaliyyətinə dair hesabatlar hazırlamaq və CRM sistemində müvafiq məlumatları yeniləmək.
Namizədə dair tələblər
- Ali təhsil (biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq və ya əlaqəli sahələr üzrə olması üstünlükdür);
- Satış sahəsində təcrübə;
- B2B və SaaS satış təcrübəsi üstünlükdür;
- HoReCa sektorunu tanımaq və bu sahədə təcrübəyə malik olmaq əlavə üstünlükdür;
- Yüksək ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Müştəri ehtiyaclarını düzgün analiz etmək və uyğun həllər təklif etmək bacarığı;
- Nəticəyönümlü, təşəbbüskar və məsuliyyətli yanaşma;
- CRM sistemləri və MS Office proqramları ilə işləmək bacarığı;
- Komanda ilə işləmək və vaxtı düzgün idarə etmək bacarığı.
Clopos-da səni nə gözləyir?
- Rəqabətli əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;
- Gənc, dinamik və dəstəkləyici komanda mühiti;
- Çevik iş qrafiki və uzaqdan işləmək imkanı;
- Beynəlxalq bazarlarda fəaliyyət göstərən texnologiya şirkətinin inkişafında iştirak etmək imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.