Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Satış Meneceri

Auto Trader MMCBakıda satış meneceri vakansiyası

Maaş: 800 ₼-dən / ay

Yerləşmə
BakıHeydər Əliyev prospekti 115 (Sport Plaza Hotel & Apartments)
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
20 noyabr 2026
Baxış
651
Müraciət
39
Son müraciət tarixi
20 dekabr 2026

Bakı şəhərində Satış və Ticarət üzrə iş elanları

Vakansiya haqqında

Auto Trader MMC Bakıda satış meneceri axtarır. Tam ştat, maaş 800 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 115
  • Əməkhaqqı: 800 AZN + limitsiz bonus
  • İş qrafiki: Bazar ertəsi – şənbə, 10:00–19:00
  • Məşğulluq növü: Tam ştat

Auto Trader MMC Amerika avtomobil hərraclarından Azərbaycana avtomobillərin sifarişi, daşınması və idxalı üzrə ixtisaslaşmış şirkətdir.

Komandamıza avtomobil sahəsinə marağı olan, satış bacarıqlarına malik, məsuliyyətli və nəticəyönümlü satış meneceri axtarırıq.

Vəzifə öhdəlikləri

  • Müştəri müraciətlərini cavablandırmaq və şirkətin xidmətləri barədə məlumat vermək;
  • Müştərilərin büdcə və tələblərinə uyğun avtomobillərin seçilməsində köməklik göstərmək;
  • Amerika avtomobil hərraclarında avtomobilləri araşdırmaq və yekun idxal xərclərini hesablamaq;
  • Satış və sifariş prosesini həyata keçirmək, müqavilələri rəsmiləşdirmək;
  • Sifarişin icra vəziyyəti barədə müştəriləri mütəmadi olaraq məlumatlandırmaq;
  • Satış və sifariş məlumatlarını şirkətin daxili sisteminə daxil etmək.

Namizədə dair tələblər

  • Avtomobil satışı üzrə satış meneceri vəzifəsində minimum 1 il iş təcrübəsi;
  • Avtomobil markaları, modelləri və texniki xüsusiyyətləri barədə biliklər;
  • Yüksək ünsiyyət, təqdimat və satış bacarıqları;
  • Azərbaycan dilində sərbəst danışıq və ingilis dilində məlumatları oxuyub anlamaq bacarığı;
  • Kompüter və ofis proqramları ilə işləmək bacarığı;
  • Məsuliyyətli, dürüst, təşəbbüskar və nəticəyönümlü olmaq;
  • Sürücülük vəsiqəsinin olması üstünlükdür.

Biz nə təklif edirik?

  • Rəsmi əmək müqaviləsi;
  • 800 AZN sabit aylıq əməkhaqqı;
  • Satılan hər avtomobilə görə əlavə bonus;
  • Yuxarı həddi olmayan bonus sistemi;
  • Rahat iş şəraiti və korporativ iş telefonu.

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Satış meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Veb-sayt: https://autotrader.az

Yalnız vakansiyanın tələblərinə uyğun olan və müsahibə mərhələsinə seçilən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar