Əsas məzmuna keç
GoJob

Optika üzrə satış məsləhətçisi (OTTO)

Kontakt HomeBakıda satış məsləhətçisi vakansiyası

Maaş: 500 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
29 sentyabr 2026
Son müraciət tarixi
29 oktyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Kontakt Home Bakıda satış məsləhətçisi axtarır. Tam ştat, maaş 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Təsvir

  • Satışın həyata keçirilməsi və müştərilərə keyfiyyətli xidmətin göstərilməsi;
  • 1C proqramında və kassada əməliyyatların düzgün icra edilməsi;
  • Sifarişlərin düzgün qəbul edilməsi və sistemdə qeydiyyata alınması;
  • Brendlər, modellər və məhsul xüsusiyyətləri üzrə məlumatlı olmaq və müştərilərə düzgün təqdim etmək;
  • Linzaların növləri (indeks, örtüklər və s.) barədə müştərilərin məlumatlandırılması;
  • Müştərilərə əlavə məhsulların (linza, örtüklər, aksessuarlar) təklif edilməsi;
  • Sifarişlərin vaxtında icrasına nəzarət olunması;
  • Hazır məhsulların müştərilərə təqdim edilməsi;
  • Vitrinlərin səliqəli və cəlbedici saxlanılması;
  • Mağazada təmizlik və nizam-intizamın qorunması;
  • Məhsulların düzgün yerləşdirilməsinin təmin edilməsi.

İş şəraiti:

  • 6 iş günü, 1 gün istirahət (növbəli iş qrafiki);

Tələblər

  • Optika sahəsində iş təcrübəsi arzuolunandır;
  • Səlis Azərbaycan və Rus dili biliyi
  • Effektiv ünsiyyət, təqdimetmə bacarığı, intizamlılıq və dürüstlük;
  • Stressə davamlılıq və komanda ilə işləmə bacarığı.

Təklif edirik:

  • Şirkət tərəfindən ödənişli təlim və inkişaf imkanları;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.

Vakansiya növü - Tam ştat

Əmək haqqı 500 - 1000 AZN

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Kontakt Home şirkətinin digər vakansiyaları

Kontakt Home vakansiyaları