Əsas məzmuna keç
GoJob

Satış üzrə operator

NewCondBakıda satış mütəxəssisi vakansiyası

Maaş: 500 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
14 oktyabr 2026
Son müraciət tarixi
13 noyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

NewCond Bakıda satış mütəxəssisi axtarır. Tam ştat, maaş 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Newcond şirkəti satış komandamıza qoşulmaq üçün məsuliyyətli, ünsiyyətcil və işində dəqiq olan Satış üzrə operator axtarır.

İş öhdəlikləri

  • Daxil olan telefon zənglərini cavablandırmaq və müştərilərə operativ dəstək göstərmək;
  • Kondisioner sistemlərində istifadə olunan avadanlıq və materiallar, eləcə də satış qiymətləri barədə müştəriləri məlumatlandırmaq;
  • Zərurət yarandıqda satış prosesini həyata keçirmək;
  • Müştərilərin sifarişlərini və müraciətlərini qəbul etmək və qeydiyyatını aparmaq;
  • Müvafiq sənədləri hazırlamaq və rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.

Namizədə tələblər

  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Kondisioner sistemlərində istifadə olunan avadanlıq və materiallar haqqında ümumi biliklər;
  • Microsoft Excel, Word və 1C proqramlarında sərbəst işləmək bacarığı;
  • Sənədləşmə işlərini aparmaq və texniki məlumatlarla işləmək bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti;
  • Məsuliyyətlilik, dəqiqlik, punktuallıq və nizam-intizam qaydalarına riayət etmək;
  • Komandada işləmək və müştərilərlə düzgün ünsiyyət qurmaq bacarığı.

Rus və ingilis dillərini bilən namizədlərə üstünlük verilir.

İş şəraiti

  • Əmək haqqı: 500 AZN
  • Əlavə qazanc: Satış nəticələrinə əsasən bonus;
  • İş qrafiki: Həftənin 6 günü, saat 10:00-dan 19:00-dək;
  • İstirahət günləri: Həftədə 1 dəfə istirahət günü;
  • İş yeri: Ofis şəraiti.

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

NewCond şirkətinin digər vakansiyaları

NewCond vakansiyaları