Daxili logistika üzrə satış mütəxəssisi
Sahil Transport MMCBakıda satış mütəxəssisi vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Yasamal
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 15 oktyabr 2026
- Son müraciət tarixi
- 14 noyabr 2026
- Kateqoriya
- Satış
Vakansiya haqqında
Sahil Transport MMC Bakının Yasamal rayonunda satış mütəxəssisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə öhdəlikləri:
- Şirkətin xidmətlərinin satışını təmin etmək
- Bazarın aktual qiymət siyasətini təhlil etmək
- Cari və perspektivli müştərilərlə güclü əlaqələri daim inkişaf etdirmək
- Cari və perspektivli müştərilər üçün təkliflər təqdim etmək
- Logistika menecerləri ilə sıx əməkdaşlıq etmək
- Müştərilərdən daxili yük daşıma üzrə daxil olan müraciətləri cavablandırmaq;
- Daşıma təklifi üzrə yük sahibinin suallarını cavablandırmaq, razılaşmanı təmin etmək;
- Dövrü olaraq yük daşıması xidmətlərindən faydalanan müştəri bazasını, hərəkət marşurutlarını və daşımanın gəlirliyini qiymətləndirmək, optimallaşdırma imkanlarını müəyyən etmək;
- Potensial və mövcud müştərilərin yük hərəkətini təhlil etmək, daşıma xidməti üzrə təkliflərlə müştəriyə çıxmaq;
- Müştəri performansı üzrə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
Tələblər:
- Daxili yük daşıma sahəsində satış təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan (Rus dili, İngilis dili arzuolunandır);
- Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;
- Müştərini dinləmək və inandırmaq bacarığı;
- Təqdimat bacarığı;
İş Qrafiki
- İş günü: Bazar ertəsi-Cümə
- İş saatları: 09:00-18:00
- Əmək haqqı: əmək haqqı +bonus
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Daxili logistika üzrə satış mütəxəssisi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.