Əsas məzmuna keç
GoJob

Satış və Rezervasiyalar üzrə Agent

Fairmont BakuBakıda satış və rezervasiyalar üzrə agent vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
19 oktyabr 2026
Son müraciət tarixi
18 noyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Fairmont Baku Bakıda «Satış və Rezervasiyalar üzrə Agent» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Əsas vəzifələr:

  • Qonaqlara şirkətin standartlarına uyğun yüksək səviyyəli xidmət göstərmək və müsbət münasibətlər quraraq şirkətin gəlirliliyinə töhfə vermək 
  • Qonaqlara protokollara uyğun, detallara diqqət yetirərək yüksək keyfiyyətli xidmət təqdim etmək 
  • Tələb olunduğu hallarda qonaqlar, VIP müştərilər və potensial üzvlər üçün SPA turları təşkil etmək 
  • Qonaqların seçimlərini mütəmadi olaraq qeydə almaq, profillərini yeniləmək və bu məlumatları komanda ilə bölüşmək 
  • Qonaqlara aid məlumatların (o cümlədən tibbi məlumatların) məxfiliyini daim qorumaq 
  • Qonaqların ehtiyaclarını ön planda tutaraq rezervasiya cədvəllərini effektiv şəkildə idarə etmək 
  • Bütün xidmətlərin brend standartlarına uyğun şəkildə təqdim olunmasını təmin etmək 
  • SPA turları zamanı qonaqlara xidmətlər, istifadə qaydaları, sağlamlıq və təhlükəsizlik barədə ətraflı məlumat vermək 

Tələblər:

  • Azərbaycan, İngilis və Rus dillərində sərbəst danışıq bacarığı 
  • Müvafiq sahədə iş təcrübəsi 
  • Yüksək məsuliyyətlilik 
  • Dəyişən iş mühitində çoxsaylı tapşırıqları eyni vaxtda icra etmək bacarığı 
  • Komanda daxilində sakit, peşəkar və effektiv ünsiyyət qurmaq bacarığı
  • Xanım namizədlər.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Fairmont Baku şirkətinin digər vakansiyaları

Fairmont Baku vakansiyaları