SƏTƏM (İmişli)
Hajigabul Poultry Farm CompanyBakıda SƏTƏM üzrə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 11 noyabr 2026
- Son müraciət tarixi
- 11 dekabr 2026
- Kateqoriya
- Mühəndislik və Texniki işlər
Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə vakansiyalar
Vakansiya haqqında
Hajigabul Poultry Farm Company Bakıda SƏTƏM üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
İş Barədə Məlumat:
- İş yeri - İmişli şəhəri;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: Müsahibə əsasında.
Vəzifə öhdəlikləri
- İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət etmək;
- SƏTƏM üzrə risklərin müəyyən edilməsi və aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq;
- Qəzaların və iş yerində baş verə biləcək insidentlərin araşdırılmasını təşkil etmək və hesabat hazırlamaq;
- İstehsalatda baş verə biləcək təhlükələrə qarşı qabaqlayıcı tədbirlər görmək və profilaktik işlər aparmaq;
- Təhlükəsizlik qaydaları ilə bağlı işçilərə təlimlər keçmək və maarifləndirmə proqramları təşkil etmək;
- Ətraf mühitin qorunması üzrə tədbirlərin icrasına nəzarət etmək;
- Dövlət qurumları və aidiyyəti təşkilatlarla SƏTƏM sahəsində əməkdaşlığı təmin etmək;
- Müvafiq sənədləşmə işlərini aparmaq və hesabatları hazırlamaq;
Tələblər:
- Yaş həddi : 30-45 yaş yarası;
- İmişli şəh. müraciət edən namizədlərə üstünlük veriləcəkdir;
- Ali texniki və ya mühəndislik sahəsində təhsil;
- SƏTƏM sahəsində ən azı 1-3 il iş təcrübəsi (istehsalat sahəsində, kənd təsərrüfatı müəssisələrində təcrübə üstünlükdür);
- Azərbaycan Respublikasının əməyin təhlükəsizliyi və ekoloji qanunvericiliyini bilmək;
- Risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə biliklər;
- Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına dair biliklər;
- MS Office proqramlarında işləmə bacarığı;
- Komandada işləmə və idarəetmə bacarığı;
- Analitik düşünmə və məsuliyyətlilik.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.