Əsas məzmuna keç
GoJob

SƏTƏM üzrə mütəxəssis

SafetyeverBakıda SƏTƏM üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
9 oktyabr 2026
Son müraciət tarixi
8 noyabr 2026
Kateqoriya
Mühəndislik

Vakansiya haqqında

Safetyever Bakıda SƏTƏM üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

"SAFETYEVER" MMC artan layihələri ilə əlaqədar SƏTƏM üzrə mütəxəssislərin işə qəbulunu elan edir.

Əsas vəzifələr:

  • Gündəlik,həftəlik və aylıq SƏTƏM üzrə hesabatların təqdim edilməsi
  • Sahədə yüksək riskli işlər üçün “ İşə İcazə “ vərəqələrinin verilməsi və risk qiymətləndirilməsi  prosesində birbaşa iştirak etmək
  • Layihədə işçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə biliklərinin mütəmadi olaraq yoxlanılmasının təşkil edilməsi, imtahan və attestasiya proseslərinin idarə olunması.
  • Sahələr üzrə planlı SƏTƏM təftişlərinin icra olunması və aşkar edilmiş çatışmazlıqların icrasına nəzarət edilməsi
  • Baş verən insidentlərin daxili prosedurlara uyğun araşdırılması, hesabatların tərtibi və düzəliş tədbirlərinin icrasına nəzarət edilməsi
  • Sifarişçi şirkətlərin SƏTƏM üzrə mütəmadi sorğularının cavablandırılması və koordinasiyanın təmin edilməsi.
  • Podratçıların fəaliyyətinin SƏTƏM qaydalarına uyğunluğunun təmin edilməsi, birgə təftişlərin keçirilməsi və podratçı şirkətlərlə koordinasiyanın qurulması
  • Layihə heyətinə SƏTƏM qaydaları və təhlükəsiz iş metodları barədə zəruri təlimatların keçirilməsi və işçilərin məlumatlılıq səviyyəsinin artırılması
  • Şirkətin daxili SƏTƏM siyasətinin, prosedur, təlimat və qaydalarının layihə sahəsində tam tətbiq olunmasının təmin edilməsi

Namizədə Tələblər:

  • Ali təhsil (Fövqəladə Hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisası üzrə üstünlükdür)
  • SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi
  • Aidiyyəti sahə üzrə sertifikatların mövcudluğu (üstünlükdür)
  • Əmək qanunvericiliyi və SƏTƏM standartlarını bilmək
  • Komanda ilə işləmə bacarığı və təşəbbüskarlıq

Əmək şəraiti:

  • İş rejimi: Növbəli (15/15)
  • İş saatları: 08:00-20:00
  • İş yeri: Daşkəsən və Göygöl rayonu
  • Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.

Təminatlar:

  • Qalmaq yeri şirkət tərəfindən təmin olunur
  • Gün ərzində 3 dəfə qidalanmaq şirkət tərəfindən qarşılanır.

Tələblərə uyğun gələn namizədlərdən CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.