Əsas məzmuna keç
GoJob

Sığorta Məsləhətçisi

Global EFCBakıda sığorta məsləhətçisi vakansiyası

Maaş: 400 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
28 sentyabr 2026
Son müraciət tarixi
28 oktyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

Global EFC Bakıda «Sığorta Məsləhətçisi» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 400 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Namizədə tələblər

  • Yaş: 18 - 55
  • Cinsi: Bəy və Xanım(Bəy namizədlərə üstünlük veriləcək)
  • Təhsil: Orta
  • İş təcrübəsi: Sığorta sahəsi üzrə təcrübə arzu olunandır.
  • Ünsiyyət bacarığı, stresə dözümlülük, komandada işləmək bacarığı və karyera qurmaqda maraqlı olmalıdır.

Əsas vəzifə öhdəlikləri: 

  • Potensial müştərilərin axtarımaq və onlarla görüşlər keçirmək, şirkətlə əməkdaşlığa dəvət etmək;
  • Müştərilərin istəyinə əsasən uyğun sığorta məhsullarını təklif etmək;
  • Sığorta məhsulları və qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
  • Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasını araşdırmaq;
  • Müştərinin ilk müraciət anından onunla işləmək: qiymət üzrə təkliflər hazırlamaq və müraciət edən müştəriyə təqdim etmək;
  • Korporativ görüşlər təyin etmək.

Korporativ görüşlər üçün şirkət tərəfindən avtomobil təmin olunur.

İş şərtləri

  • İş günü: Həftəiçi 5 gün (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir) 
  • İş vaxtı: I-IV günlər  09:30 - 18:00, V gün  09:30 -17:00
  • Ünvan: Bakı, Ziya Bünyadov pr, 1965. Çinar Park Biznes Mərkəzi
  • Əmək haqqı: 400-600 Azn
  • Sənədləşmə: Rəsmi əmək müqaviləsi (tam ştat)

Biz sizə nə təklif edirik?

  • Karyera və inkişaf üçün əla fürsətlər
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
  • Satışların həcminə  əsasən artan gəlir

Uyğun olan şəxslərdən CV’lərini mövzu yerinə Korporativ müştəri meneceri qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar