Şirniyyatçı
TAİS İKF MMCBakıda şirniyyatçı vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 13 oktyabr 2026
- Son müraciət tarixi
- 12 noyabr 2026
- Kateqoriya
- Turizm, Otel və Restoran
Vakansiya haqqında
TAİS İKF MMC Bakıda şirniyyatçı axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
TAİS İKF MMC komandamıza məsuliyyətli və təcrübəli “Şirniyyatçı” axtarırıq.
Vəzifə öhdəlikləri:
- Müxtəlif növ şirniyyatların, kekslərin, peçenyelərin, desertlərin və un məmulatlarının hazırlanması
- Kruasan xəmiri ilə işləmək, xəmirin qatlanması, formalaşdırılması və düzgün mayalanma prosesini təmin etmək
- Mayalı xəmirin hazırlanması və texnoloji qaydalara uyğun emal edilməsi
- Müxtəlif növ kruasanların, bulkaların və digər un məmulatlarının reseptlərə uyğun hazırlanması
- Məhsulların keyfiyyətinə, dadına, teksturasına, görünüşünə və bişmə dərəcəsinə nəzarət edilməsi
- İstehsal prosesində reseptura və texnoloji normalara riayət edilməsi
- Xammalın düzgün istifadəsini və məhsul itkilərinin minimuma endirilməsini təmin edilməsi
- İstehsal avadanlıqlarından düzgün və təhlükəsiz istifadə edilməsi
- İş yerinin, avadanlıqların və alətlərin təmizliyini, sanitariya-gigiyena qaydalarına uyğunluğunu təmin edilməsi
- İstehsal planına və müəyyən edilmiş iş qrafikinə uyğun işləmək
Namizədə tələblər:
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- Kruasan və mayalı xəmir məmulatlarının hazırlanması üzrə praktiki bacarıq
- Xəmirin mayalanması, formalaşdırılması və bişirilməsi proseslərini bilmək
- Reseptlərlə işləmək və məhsul keyfiyyətini qorumaq bacarığı
- Təmizliyə, məsuliyyətə və komanda işinə önəm vermək
- Operativ və keyfiyyətli işləmək bacarığı
İş şəraiti
- İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günü)
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
- Ünvan: Nərimanov rayonu
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Şirniyyatçı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.