Əsas məzmuna keç
GoJob

Smeta mühəndisi

Zayam Technologies Park OJSCBakıda smetaçı vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
27 oktyabr 2026
Son müraciət tarixi
26 noyabr 2026

Bakı şəhərində Tikinti və Daşınmaz Əmlak üzrə vakansiyalar

Vakansiya haqqında

Zayam Technologies Park OJSC Bakıda smetaçı axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Azmade Groupa daxil olan "Zəyəm Texnologiyalar Parkı" ASC  “Smeta mühəndisi” axtarışındadır.

Tələblər:

  • Təhsil: Ali təhsil
  • İş təcrübəsi: Smeta mühəndisi minimum 3 il iş təcrübəsi;
  • Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
  • MS Office proqramlarını yaxşı səviyyədə bilməli,
  • Yüksək səviyyədə Azərbaycan və İngilis dili bacarığı
  • AutoCAD proqramlarını yüksək səviyyədə bilmək,
  • Dəqiqlik və operativlik
  • Tikinti işləri və avadanlıqların fəaliyyətlərinin planlaşdırılmasını bacarmaq

İş öhdəlikləri:

  • Smeta mühəndisi / smetaçı vəzifəsində minimum 3 il iş təcrübəsi;
  • Tikinti və təmir işləri üzrə smeta hazırlanması sahəsində praktiki təcrübə;
  • MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Tikinti materialları və işçilik üzrə bazar qiymətləri haqqında məlumatlılıq;
  • BOQ və iş həcmlərinin hesablanması bacarığı;
  • Analitik düşüncə və detallara yüksək diqqət;
  • Məsuliyyətlilik və komandada işləmək bacarığı.
  • Tikinti, təmir və mühəndislik işləri üzrə smetaların hazırlanması;
  • Layihə və texniki sənədlər əsasında iş həcmlərinin hesablanması;
  • BOQ (Bill of Quantities) hazırlanması və yoxlanılması;
  • Material, avadanlıq və işçilik xərclərinin hesablanması;
  • Layihə, spesifikasiya və smeta arasındakı uyğunsuzluqların müəyyən edilməsi;
  • Faktiki görülmüş işlərin smeta və layihə ilə uyğunluğunun yoxlanılması;
  • Forma 2, Forma 3 və digər müvafiq hesabatların hazırlanması;
  • Layihələr üzrə maya dəyərinin və ümumi büdcənin hesablanması;
  • Smeta hesablamalarının layihə dəyişikliklərinə uyğun olaraq yenilənməsi;
  • Layihə, satınalma və tikinti komandaları ilə koordinasiyalı iş.

İş şəraiti

  • İş qrafiki: 6 günlük iş rejimi
  • Həftə içi iş saatları: 08:00-16:00 
  • Şənbə günü: 08:00-14:00
  • 12:00-13:00 nahar fasiləsi
  • Nahar yeməyi şirkət tərəfindən qarşılanır. 
  • İş yeri: Bakı şəhəri

Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Smeta mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

Zayam Technologies Park OJSC şirkətinin digər vakansiyaları

Zayam Technologies Park OJSC vakansiyaları