Əsas məzmuna keç
GoJob

Junior Quantity Surveyor (Kiçik həcm və dəyər üzrə mühəndis)

PMIS MMCBakıda smetaçı vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
13 noyabr 2026
Son müraciət tarixi
13 dekabr 2026

Bakı şəhərində Tikinti və Daşınmaz Əmlak üzrə vakansiyalar

Vakansiya haqqında

PMIS MMC Bakıda smetaçı axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Əsas vəzifə və öhdəliklər:

  • Layihələr üzrə iş həcmlərinin hesablanması və müəyyənləşdirilməsində iştirak etmək;
  • Layihə çertyojları, texniki spesifikasiyalar və layihə sənədlərini təhlil etmək;
  • BOQ (Bill of Quantities) sənədlərinin hazırlanmasına və yenilənməsinə dəstək göstərmək;
  • Tikinti və quraşdırma işləri üzrə material və iş həcmlərinin hesablanmasını həyata keçirmək;
  • Müqavilə və layihə sənədlərinə uyğun olaraq faktiki yerinə yetirilmiş iş həcmlərini yoxlamaq;
  • Material və digər layihə xərclərinin hesablanmasında iştirak etmək;
  • Büdcə və smeta sənədlərinin hazırlanmasına dəstək göstərmək;
  • Layihə üzrə əlavə və dəyişikliklərin (Variation Orders) qiymətləndirilməsində iştirak etmək;
  • Görülmüş işlərin həcmləri üzrə hesabatların hazırlanmasını təmin etmək;
  • Layihə, satınalma və müqavilə komandaları ilə koordinasiyalı işləmək.

Namizədə dair tələblər:

  • İnşaat mühəndisliyi, tikinti, mexanika və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
  • Müvafiq sahədə 0–2 il iş təcrübəsi;
  • Tikinti çertyojlarını oxumaq və texniki sənədlərlə işləmək bacarığı;
  • MS Excel proqramı üzrə yaxşı biliklər;
  • BOQ, iş həcmlərinin hesablanması və smeta tərtibi üzrə ilkin biliklər;
  • AutoCAD proqramı üzrə biliklər arzuolunandır;
  • Dəqiqlik, analitik düşünmə və hesablama bacarığı;
  • Komandada işləmək və məsuliyyətlilik;
  • İngilis dili biliyi vacibdir;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq və ya CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər - [email protected]

PMIS MMC şirkətinin digər vakansiyaları

PMIS MMC vakansiyaları