Əsas məzmuna keç
GoJob

Sosial Media Marketinq (SMM) mütəxəssisi

iSchoolBakıda SMM mütəxəssisi vakansiyası

Maaş: 700 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
21 oktyabr 2026
Son müraciət tarixi
20 noyabr 2026
Kateqoriya
Marketinq

Bakı şəhərində Marketinq üzrə vakansiyalar

Vakansiya haqqında

iSchool Bakıda SMM mütəxəssisi axtarır. Tam ştat, maaş 700 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Komandamıza "Sosial Media Marketinq (SMM) mütəxəssisi" üçün axtarışındayıq. 

Əsas tələblər: 

  • Marketinq və ya oxşar sahə üzrə ali təhsil;
  • Aidiyyatı sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
  • Aidiyyatı sahə üzrə portfolio
  • İşinə qarşı həvəsli, məsuliyyətli, yeniliklərə açıq olmalı.

İş şərtləri:

  • İş günləri: 1-6-cı günlər, bazar günü istirahət;
  • Tam-ştat iş rejimi;
  • Minimum əmək haqqı - 700 AZN

Vəzifə öhdəlikləri: 

  • Aylıq post planın tərtib olunması və kontentlərin (mətn, foto, video və.s) hazırlanması;
  • Şirkətin sosial media hesablarının idarə edilməsi və (Instagram, Facebook və s.) nəzarəti həyata keçirmək;
  • Dizaynerin təqdim etdiyi postların analiz edilərək "post-text"-lərin hazırlanması və günlük paylaşımların həyata keçirilməsi;
  • Sosial şəbəkələrdə müştərilər tərəfindən daxil olan müraciətlərin və sorğuların şirkətin adından korporativ dəyərlər çərçivəsində cavablandırılması;
  • Hazırlanan material və kontentlər əsasında şirkətin marketinq strategiyasına uyğun video çəkilişləri həyata keçirmək və montaj etmək. 
  • Aidiyyatı rəhbərliyə görülmüş işlər barədə gündəlik və aylıq hesabatların təqdim edilməsi.
  • Saytla bağlı (ischool.az) ümumi işlərin (dizaynların hazırlanması və "admin-panel"-in idarə edilməsi) görülməsi
  • Şirkətin sosial media hesablarında hekayə bölümü üçün sadə dizaynların hazırlanması
  • Kampaniya, tədbir və xüsusi layihələr üzrə sosial media kontentlərinin hazırlanması və koordinasiyası. 

Bizimlə çalışmağın üstünlükləri:

  • Fərdi və komanda şəklində inkişaf; (əməkdaşlar üçün təlimlər təşkil edilir)
  • Mərkəzin təqdim etdiyi xidmətlərdən tam ödənişsiz şəkildə yaralanma hüququ. 

Qeyd: Namizədlərin Rus dili biliyinin olması üstünlükdür.

Uyğun namizədlər CV-lərini (müraciət anketi) müvafiq başlıq adı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

iSchool şirkətinin digər vakansiyaları

iSchool vakansiyaları