Əsas məzmuna keç
GoJob

Texniki şöbənin müdiri

Azfen MMCBakıda şöbə müdiri vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı, Səbail
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
28 oktyabr 2026
Son müraciət tarixi
27 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Azfen MMC Bakının Səbail rayonunda şöbə müdiri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Tələblər:

  • Mühəndislik və ya əlaqəli sahə üzrə ali təhsil.
  • Minimum 5 il mühəndislik və ya texniki rəhbərlik sahəsində iş təcrübəsi
  • Komandaya rəhbərlik etmə bacarığı;
  • Güclü təşkilati və inzibati bacarıqlar.
  • Kompüter biliklərinə malik olmaq.
  • Analitik düşünmə və problem həll etmə bacarığı
  • Təhlükəsizlik standartlarını və sənaye tələblərini yaxşı bilmək
  • Məsuliyyətli, dəqiq və nəticəyönümlü olmaq

Vəzifə öhdəlikləri:

  • Şöbəyə ümumi rəhbərlik etmək;
  • Texniki və material sənədlərini hazırlamaq;
  • Tikinti heyətinin hazırladığı tikinti metodu hesabatlarını nəzərdən keçirmək.
  • Layihənin icrası ilə əlaqədar tərəqqi iclaslarında və müzakirələrdə iştirak etmək, texniki təkliflər vermək;
  • Layihənin idarə olunması və risklərin idarə olunmasına dair müzakirələrdə iştirak etmək;
  • Tikinti mühəndislik qrupu ilə Layihə mühəndislik qrupu arasında koordinasiya, sahə mühəndisliyinin tələblərinin layihə mühəndislik qrupuna çatdırılmasında vasitəçilik etmək;
  • Layihə məsələləri və şərtləri üzrə sənədləşmə işlərində iştirak etmək;
  • Layihə rəhbərliyi və layihənin digər şöbələri ilə birgə layihənin bütün sənədləşmə işlərinin, ətraflı qeydlərin aparılması və bu sənədlərin saxlanması (yəni iş cizgiləri, miqdarı araşdırmaları, sifarişlər və s) işlərinin təşkilində iştirak etmək və ona nəzarət etmək;
  • Layihə rəhbərliyi ilə birgə layihənin sənədləşmə işlərini planlamaq, müntəzəm olaraq dəqiqləşdirmək və yeniləmək;
  • Ortaya çıxan texniki problemləri həll etmək və istehsalata tətbiq etmək;
  • Layihələrin inkişafı və problemləri / riskləri / ilə əlaqədar layihə rəhbərlyi ilə müzakirələr aparmaq.
  • Əməyin mühafizəsi və təhlükəzislik texnikası,yanğın və elektrik təhlükəsizliyi üzrə müvafiq təlimlərdə aldığı təlimatların tələblərinə və uyğun prosedurlara əməl etmək.

İş şəraiti:

  • 5/6 günlük iş rejimi
  • Əmək haqqı: müsahibə əsasında

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

Azfen MMC şirkətinin digər vakansiyaları

Azfen MMC vakansiyaları