Sosial Media Reklamları üzrə Mütəxəssis
Ramton HoldingBakıda sosial media reklamları üzrə mütəxəssis vakansiyası
Maaş: 1.200 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 26 avqust 2026
- Baxış
- 660
- Müraciət
- 32
- Son müraciət tarixi
- 27 sentyabr 2026
- Kateqoriya
- Marketinq və PR
Vakansiya haqqında
Ramton Holding Bakıda «Sosial Media Reklamları üzrə Mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 1 200 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Əsas hədəfimiz :Məhsula uyğun kontentlər hazırlamaqla, həm reklam, həm də orqanik satışların dahada artmasını təmin edən, trendləri daim izləyən və onları operativ şəkildə tətbiq etmə bacarığına sahib mütəxəssis axtarırıq!
Vəzifəyə dair gözləntilər:
- Sosial media reklam məzmunlarının hazırlanması və paylaşım proseslərinə nəzarət
- Instagram və TikTok platformalarında hədəf kütləyə uyğun effektiv reklam yerləşdirilməsi (Ads Manager, Meta Business, TikTok Ads)
- Reklam nəticələrinin daimi təhlili və optimizasiya üzrə qərarların verilməsi
- Mövzuya uyğun orijinal kontent (mətn, vizual, video) seçimi və ya hazırlanmasının təşkili
- Rəqəmsal yeniliklərin izlənilməsi və tətbiqi
- Gündəlik nəticələrin izlənməsi və hesabatların təqdim olunması
Namizəddən gözlədiklərimiz:
- Reklam nəticələrini real statistikalarla sübut edə bilmək (intervyuda şərtdir)
- Böyük reklam büdcələrinin idarəsində praktik təcrübə
- Yaş aralığı: 24–30
- Minimum 3 il iş təcrübəsi
- Facebook, Instagram, TikTok platformalarında sərbəst və peşəkar səviyyədə işləmək bacarığı
- Meta Business Manager və Ads Manager alətlərində təcrübə
- Tədqiqat yönümlü düşüncə və yeniliklərə açıq yanaşma
Təklif etdiyimiz:
- Əmək haqqı: 1200 Azn
- Gəlirinizi öz performansınız müəyyən edəcək
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.