Əsas məzmuna keç
GoJob

Sürücü

Avropa Azərbaycan MəktəbiBakıda sürücü vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı, Yasamal
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
11 noyabr 2026
Son müraciət tarixi
11 dekabr 2026

Bakı şəhərində Sürücü və Kuryer üzrə vakansiyalar

Vakansiya haqqında

Avropa Azərbaycan Məktəbi Bakının Yasamal rayonunda sürücü axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

“Avropa Azərbaycan Məktəbi” Təhsil Kompleksi” MMC Sürücü vəzifəsi üzrə işə qəbul olunmaq üçün müsabiqə elan edir:

Tabeçiliyi: Nəqliyyat üzrə koordinator

Tələblər:

  • Sürücüluk vəsiqəsi (D kateqoriya)
  • Avtobus sürücülük sahəsində minimum 3 il təcrübə;
  • Müvafiq cədvəl üzrə işləmək bacarığı;
  • Şagirdlər və valideynlərlə düzgün ünsiyyət qurmaq bacarığı;
  • Müxtəlif millətlərin nümayəndələri ilə işləmək bacarığı;
  • 30-55 yaş arası namizədlər;
  • Şəxsi keyfiyyətləri: ciddi, məsuliyyətli, səliqəli, nizam-intizamlı.

Vəzifə öhdəlikləri:

  • Məktəbin təqdim etdiyi sifarişlərə əsasən avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
  • Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
  • Əmək intizamına, təhlükəsizlik texnikasına və yanğından mühafizə qaydalarına riayət etmək.

Maraqlanan şəxslər niyyət məktubu və təcrübəsini əks etdirən CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. CV-ni göndərərkən elektron poçt ünvanının mövzu hissəsində sənədlərinizi hansı elan üzrə verdiyinizi qeyd edin. Telefon vasitəsilə əlavə məlumat üçün müraciətlərə baxılmayacaq. Yalnız sənədləri ilk mərhələdən keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Avropa Azərbaycan Məktəbi şirkətinin digər vakansiyaları

Avropa Azərbaycan Məktəbi vakansiyaları