Təcrübəçi müəllim - IELTS/TOEFL/SAT Verbal/General English üzrə
Mentora College BakuBakıda təcrübəçi vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
Vakansiya haqqında
Mentora College Baku Bakıda təcrübəçi axtarır. Təcrübə proqramı. Müraciət birbaşa işəgötürənə göndərilir.
Mentora College Baku komandası böyüyür!
Mentora College Baku 8 ildir fəaliyyət göstərir. Bu müddət ərzində 7000-dən çox tələbənin xaricdə təhsil xəyallarını reallaşdırmasına dəstək olmuşuq. 293 nəfər Türkiyə Bursları, 36 nəfər isə Dövlət Təqaüd Proqramı qalibi olmuşdur.
SAT Verbal, Math, IELTS, TOEFL, General English sahəsində inkişaf etmək və tədris mühitində real təcrübə qazanmaq istəyən namizədləri komandamıza dəvət edirik.
İş şəraiti
- İş qrafiki: Razılaşma ilə
- Təcrübə proqramını uğurla bitirən şəxslər işlə təmin olunacaqlar
- Beynəlxalq dil sertifikatı olması üstünlükdür
- İş yeri: Mentora College Baku (Caspian Business Center, 8-ci mərtəbə)
Biz nə təklif edirik?
- Peşəkar tədris mühiti
- SAT/IELTS/General English üzrə real təcrübə
- İnkişaf və karyera perspektivi
- Dəstəkçi və dinamik komanda
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.