Əsas məzmuna keç
GoJob

Təcrübəçi (Internship)

Basic AcademyBakıda təcrübəçi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Təcrübə proqramı
Dərc olunub
23 oktyabr 2026
Son müraciət tarixi
22 noyabr 2026
Kateqoriya
Təhsil

Bakı şəhərində Təhsil üzrə vakansiyalar

Vakansiya haqqında

Basic Academy Bakıda təcrübəçi axtarır. Təcrübə proqramı. Müraciət birbaşa işəgötürənə göndərilir.

Basic Şirkətlər Qrupu (Basic Academy və Basic Xaricdə Təhsil) genişlənən komandasına ofis daxili işləri öyrənmək və bu sahədə praktiki təcrübə qazanmaq istəyən dinamik və həvəsli təcrübəçilər axtarır!

Siz tək bir müraciətlə marağınıza uyğun 2 fərqli istiqamətdən birini seçə bilərsiniz:

Basic Xaricdə Təhsil üzrə Təcrübəçi

Tələblər və İş Şərtləri:

  • İş qrafiki: Full-time (Bütün iş günü) | 10:00 – 17:00
  • Tələbə olmamalıdır (tam iş günü iştirak edə bilməsi üçün).
  • Çəkilişlərdə iştirak: Şirkətin sosial media və tanıtım video çəkilişlərində aktiv iştirak etmək mütləqdir.
  • Xarici dil bilikləri: Xarici tərəfdaşlarla danışıqlar olacağı üçün dil biliyi üstünlükdür (lakin mütləq deyil).

Vəzifələr:

  • Ofis daxili işlərin öyrənilməsi, video çəkilişlərdə iştirak və xaricdə təhsil proseslərinə dəstək göstərilməsi.

Basic Academy üzrə Təcrübəçi

Tələblər və İş Şərtləri:

  • İş qrafiki: Full-time (Bütün iş günü).
  • Tələbə olmamalıdır (tam iş günü iştirak edə bilməsi üçün).
  • Çəkiliş tələbi: Bu istiqamət üçün video çəkilişlərdə iştirak etmək tələb olunmur.
  • Xarici dil bilikləri: Üstünlükdür (lakin mütləq deyil).

Vəzifələr:

  • Akademiya daxili ofis işlərinin öyrənilməsi, təşkilati və inzibati tapşırıqların yerinə yetirilməsi.

Ümumi Şərtlər və İmkanlar:

  • Müddət: Təcrübə proqramı 3 ay davam edir.
  • Ödəniş: Proqram tam öyrətmə yönümlüdür və ödənişsizdir.
  • Sertifikat: Proqramı uğurla başa vuran namizədlərə rəsmi sertifikat təqdim olunur.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

CV-nizi göndərərkən mövzu (subject) hissəsində müraciət etdiyiniz istiqaməti mütləq qeyd edin: Xaricdə təhsil üzrə müraciət edənlər: Xaricdə Təhsil / Akademiya üzrə müraciət edənlər: "Basic Academy”

Basic Academy şirkətinin digər vakansiyaları

Basic Academy vakansiyaları