Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Təcrübə Proqramı – Beynəlxalq Logistika üzrə Təcrübəçi

Main Freight LogisticsBakıda təcrübəçi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Təcrübə proqramı
Dərc olunub
20 noyabr 2026
Baxış
657
Müraciət
50
Son müraciət tarixi
20 dekabr 2026

Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə iş elanları

Vakansiya haqqında

Main Freight Logistics Bakıda təcrübəçi axtarır. Təcrübə proqramı. Müraciət birbaşa işəgötürənə göndərilir.

Main Freight Logistics komandamıza beynəlxalq logistika və yükdaşımaları sahəsində karyera qurmaq istəyən təcrübəçi axtarırıq!

Təcrübə proqramı logistika sahəsində təcrübəsi olmayan, lakin bu sahədə öyrənməyə və inkişaf etməyə həvəsli şəxslər üçün nəzərdə tutulub.

Namizədə tələblər:

  • Rus və ya ingilis dillərindən ən azı birini yaxşı səviyyədə bilmək. Hər iki dili bilən namizədlərə üstünlük verilir.
  • Azərbaycan dilində sərbəst ünsiyyət qurmaq.
  • Yüksək ünsiyyət və danışıqlar aparmaq bacarığı.
  • Məsuliyyətli, diqqətli və təşəbbüskar olmaq.
  • Komandada işləmək və operativ qərarlar qəbul etmək bacarığı.
  • Kompüter və Microsoft Office proqramlarından istifadə bacarığı.
  • Logistika sahəsində karyera qurmaq və yeni biliklər əldə etmək istəyi.

Təcrübə müddətində öyrədiləcək:

  • Beynəlxalq FTL və LTL yükdaşımalarının təşkili.
  • Avropa, Türkiyə, Rusiya və MDB ölkələri üzrə yük avtomobillərinin axtarışı.
  • Daşıyıcılarla əlaqələrin qurulması və qiymət danışıqlarının aparılması.
  • B2B satış və biznes müştəriləri ilə işləmək bacarığı.
  • Potensial müştərilərin axtarışı və yeni əməkdaşlıq imkanlarının yaradılması.
  • Şirkətlər və sahibkarlarla ilkin əlaqələrin qurulması.
  • Logistika xidmətlərinin təqdim edilməsi və kommersiya danışıqlarının aparılması.
  • Həmçinin yükdaşıma əməliyyatları və daşıyıcılarla iş prosesini öyrənmək.

Təcrübə proqramının şərtləri:

  • Təcrübə müddəti: 3 ay.
  • Təcrübə müddətində nahar yeməyi şirkət tərəfindən təmin olunur.
  • Təcrübəni uğurla başa vuran namizədlərə daimi iş imkanı təqdim ediləcək.

İş yeri: Bakı, Məryəm Plaza, Bəsti Bağırova 12

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Main Freight Logistics şirkətinin digər vakansiyaları

Main Freight Logistics vakansiyaları