Əsas məzmuna keç
GoJob

Təmir və texniki xidmət üzrə bölmə müdiri

OBA marketlər şəbəkəsiBakıda təmir və texniki xidmət üzrə bölmə müdiri vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı, Xətai
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
19 oktyabr 2026
Son müraciət tarixi
18 noyabr 2026

Bakı şəhərində Tikinti və Daşınmaz Əmlak üzrə vakansiyalar

Vakansiya haqqında

OBA marketlər şəbəkəsi Bakının Xətai rayonunda «Təmir və texniki xidmət üzrə bölmə müdiri» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Təsvir

  • Şirkətə məxsus mağazalar üzrə texniki sistemlərin fasiləsiz işləməsinin təmin edilməsi
  • Elektrik, soyutma (fridge/freezer), HVAC və digər avadanlıqların planlı texniki baxış və təmir proseslərinin təşkili
  • Nasazlıqların operativ aradan qaldırılması üçün texniki komandaların koordinasiyası
  • Elektrikləri, santexnikləri, tikinti və başqa ustaları yönləndirmək və işlərini təhvil almaq
  • Regionlar üzrə texniki xidmət işlərinin mərkəzləşdirilmiş şəkildə idarə olunması
  • Texniki heyətin iş bölgüsünün aparılması, performansının izlənməsi və inkişafının təmin edilməsi
  • Ehtiyat hissələri, materiallar və servis xərclərinin effektiv idarə olunması və optimallaşdırılması
  • Podratçılar və servis şirkətləri ilə əməkdaşlığın təşkili və nəzarəti
  • Mağazaların renovasiyası və rebrendinq layihələri üzrə texniki işlərin planlaşdırılması və icrasına nəzarət
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik standartlarına riayət olunmasının təmin edilməsi
  • Texniki KPI-ların izlənməsi və proseslərin optimallaşdırılması

Tələblər

  • Ali texniki təhsil (elektrik mühəndisliyi, memarlıq, mexanika və ya əlaqəli sahə) arzu olunandır
  • Retail və ya geniş şəbəkəli obyektlərdə minimum 1 il iş təcrübəsi
  • Soyutma sistemləri, elektrik avadanlıqları və təmir prosessləri üzrə praktiki biliklər
  • Rəhbərlik və çoxsaylı komandalarla işləmə təcrübəsi
  • Analitik düşüncə və problem həll etmə bacarığı
  • MS Office və hesabatlıq alətləri ilə işləmə bacarığı
  • Azərbaycan dili səlis, rus dili biliyi üstünlükdür
  • Şəxsi avtomobilin olması (yanacaq və amortizasiya qarşılanacaq)
  • Ezamiyyətə getməyə hazır olması

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

OBA marketlər şəbəkəsi şirkətinin digər vakansiyaları

OBA marketlər şəbəkəsi vakansiyaları