Əsas məzmuna keç
GoJob

Təmirə Hazırlıq üzrə Operator

Bahar Energy Operating CompanyBakıda təmirə hazırlıq üzrə operator vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
5 noyabr 2026
Son müraciət tarixi
5 dekabr 2026

Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə vakansiyalar

Vakansiya haqqında

Bahar Energy Operating Company Bakıda «Təmirə Hazırlıq üzrə Operator» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə haqqında: 

  • BEOC quyuların əsaslı və yeraltı təmiri prosesində istifadə olunan qazma, tutucu, yuyucu və frezləyici alətlərin, quyuağzı və neft-mədən avadanlıqlarının yığılması, təmiri və sınaqdan keçirilməsi, eləcə də qaldırıcı qurğuların və qüllələrin quraşdırılması üzrə fəaliyyət göstərmək üçün Təmirə Hazırlıq üzrə Operator vakansiyası üzrə müsabiqəni açıq elan edir. Bu vəzifə emalatxana və sahə avadanlıqlarının texniki sazlığının təmin edilməsini, alət və qurğuların montaj, demontaj və daşınmasını, həmçinin bütün işlərin texniki təhlükəsizlik tələblərinə uyğun həyata keçirilməsini əhatə edir.

Əsas vəzifə öhdəlikləri: 

  • Paker emalatxanasında müxtəlif növ tutucu, yuyucu, frezləyici və qazma alətlərinin yığılması, quraşdırılması və hazırlanması işlərini həyata keçirmək.
  • Quyuağzı avadanlıqların, müxtəlif növ siyirmələrin, tullanışa qarşı avadanlıqların, alətlərin və digər neft-mədən avadanlıqlarının cari və əsaslı təmiri, bərpası, sınaqdan keçirilməsi və yoxlanılması işlərini yerinə yetirmək.
  • Sahədə yerləşən avadanlıqların təmiri prosesini həyata keçirmək və onların texniki sazlığını təmin etmək.
  • Müxtəlif növ alət və avadanlıqların montaj və demontaj işlərini yerinə yetirmək, onların emalatxanaya və iş sahələrinə daşınmasını təmin etmək.
  • UPA/UPT və digər aqreqatlı maçtalı qurğuların quraşdırılmasında iştirak etmək.
  • QBQ və digər tip qaldırıcı qurğuların, dəzgahların və qüllələrin çəkilmə və daşınmaya hazırlanması, çəkilməsi, gəmi kranı vasitəsilə daşınması və quraşdırılması işlərini həyata keçirmək.
  • Paker emalatxanasına aid avadanlıqların inventarizasiyasını aparmaq.
  • Alət və avadanlıqların, müxtəlif yanacaq və sürtkü materiallarının texniki təhlükəsizlik qaydalarına və müvafiq təlimatlara uyğun şəkildə yerləşdirilməsini, saxlanılmasını və çeşidlənməsini təmin etmək.
  • Emalatxana və sahələrdə istifadə olunan avadanlıq və alətlərin düzgün istismarına, texniki vəziyyətinə və səliqəli saxlanılmasına diqqət yetirmək.
  • İşə başlamazdan əvvəl, iş zamanı və iş bitdikdən sonra bütün texniki təhlükəsizlik qaydalarına riayət etmək.

Tələblər və kvalifikasiyalar: 

  • Quyuağzı avadanlıqlar və tullanışa qarşı avadanlıqlar (BOP) üzrə biliklər.
  • Neft-mədən qurğularının (UPA/UPT, QBQ, qüllə) quruluşunun əsasları.
  • Quyu təmirində istifadə olunan alətlərin növləri və iş prinsipləri üzrə biliklər.
  • Təhlükəsizlik və risk intizamı.
  • Davamlı öyrənmə və təkmilləşdirmə.
  • Əməkdaşlıq və komanda işi.
  • Məsuliyyət, dürüstlük və hesabatlılıq.
  • İnsanlara və iş mühitinə qayğı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bahar Energy Operating Company şirkətinin digər vakansiyaları

Bahar Energy Operating Company vakansiyaları