Senior Post Tender Specialist
PASHA Real Estate GroupBakıda tender üzrə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 22 sentyabr 2026
- Baxış
- 676
- Müraciət
- 48
- Son müraciət tarixi
- 21 dekabr 2026
- Kateqoriya
- Logistika, Anbar və Təchizat
Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə iş elanları
Vakansiya haqqında
PASHA Real Estate Group Bakıda tender üzrə mütəxəssis axtarır. Tam ştat, ofisdə iş. Müraciət onlayn, birbaşa işəgötürənə.
Vəzıfə haqqında ümumı məlumat
PAŞA Real Estate Group, Kommersiya və Satınalma Departamentinə qoşulmaq üçün təşkilati bacarıqlara malik, detallara yüksək diqqət yetirən Tender Sonrası üzrə Baş Mütəxəssis axtarır. Bu vəzifə tikinti, təmir və bərpa layihələri çərçivəsində podrat müqavilələrinin icra mərhələsinin idarə edilməsini, müqavilə öhdəliklərinə riayət olunmasını, ödənişlərin dəqiq icrasını və bütün layihə tərəfdaşları arasında səmərəli koordinasiyanı təmin edir.
Əsas vəzıfə və məsulıyyətlər
1. Müqavilənin İdarə Edilməsi
▪ Layihə tələbləri və şirkət qaydalarına uyğun olaraq müqavilələrin hazırlanması, nəzərdən keçirilməsi və idarə edilməsi.
▪ Müqavilə şərtlərinin podratçılarla müzakirəsi və dəqiqləşdirilməsi.
▪ Layihənin bütün mərhələlərində müqaviləyə edilən əlavə və dəyişikliklərin idarə edilməsi.
▪ Podratçıların müqavilədə nəzərdə tutulmuş bütün müddəa və öhdəliklərə riayət etməsinin təmin edilməsi.
▪ Podrat müqavilələri üzrə tam sənədlərin və məlumatların saxlanması və yenilənməsi.
2. Ödəniş Sənədləri
▪ Aralıq ödəniş (interim payment certificate) sənədlərinin hazırlanması və tikinti komandası ilə razılaşdırılması.
▪ Podratçıların aylıq təqdim etdiyi işlərin yerinə yetirilməsi aktlarının (sertifikatlarının) hazırlanması.
▪ Təsdiqlənmiş aralıq ödəniş sənədlərinin daxili ERP sistemdə vaxtında və dəqiq şəkildə qeydiyyata alınması.
▪ İmzalanmış aralıq ödəniş sertifikatlarının podratçılardan alınması və müvafiq şəkildə sənədləşdirilməsinin təmin edilməsi.
▪ Təsdiqlənmiş və aylıq ödənilmiş sertifikatlar üzrə reyestrin aparılması.
▪ Aylıq və həftəlik ödəniş hesabatlarının hazırlanması və rəhbərliyə göndərilməsi.
▪ Podratçılardan alınan fakturaların nəzərdən keçirilməsi, dəqiqliyinin və uyğunluğunun yoxlanılması.
▪ Maliyyə komandası ilə aylıq pul axınının (cash flow) koordinasiyası.
▪ Podratçılara hesabat və faktura təqdim etmək üçün son tarixlər barədə məlumat verilməsi.
3. Sənəd İdarəetməsi və Yazışmalar
▪ Müqaviləyə aid bütün sənədlərin qovluqda strukturlu saxlanılması.
▪ Podratçılara rəsmi məktubların hazırlanması, göndərilməsi və məktub reyestrinin aktual vəziyyətdə saxlanılması.
▪ Müqavilə danışıqlarında İclas Protokolunun (MoM) vaxtında hazırlanması və göndərilməsi.
4. İclaslar və Koordinasiya
▪ Tələb olunduqda podrat müqaviləsinə dair texniki və kommersiya iclaslarında iştirak etmək.
▪ Tikinti, texniki, maliyyə və satınalma komandaları ilə effektiv koordinasiya.
▪ Müqavilə danışıqlarında sifarişci ilə podratçılar arasında əsas əlaqələndirici şəxs (liaison) qismində çıxış edilməsi.
PASHA Real Estate Group şirkətinin digər vakansiyaları
Bakıda sahə rəisi vakansiyasıPASHA Real Estate Group, Bakı
Bakıda keyfiyyətə nəzarət üzrə mühəndis vakansiyasıPASHA Real Estate Group, Bakı
Bakıda sahə mühəndisi vakansiyasıPASHA Real Estate Group, Bakı
Bakıda structural engineer vakansiyasıPASHA Real Estate Group, Bakı
PASHA Real Estate Group haqqında
- Aktiv vakansiya
- 7
- Son 6 ayda
- 67
- Əsas şəhər
- Bakı
Kimləri axtarır
- memar
- keyfiyyətə nəzarət üzrə mühəndis
- sahə rəisi
- marketinq meneceri
- planlama mühəndisi
PASHA Real Estate Group vakansiyaları: hazırda GoJob-da 7 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən memar, keyfiyyətə nəzarət üzrə mühəndis, sahə rəisi, marketinq meneceri və planlama mühəndisi vəzifələrinə işçi axtarır. Son 6 ayda PASHA Real Estate Group şirkətində iş üçün 67 vakansiya dərc olunub. PASHA Real Estate Group işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
PASHA Real Estate Group: bütün vakansiyalar (7)«Senior Post Tender Specialist» vakansiyası haqqında suallar
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
İş harada yerləşir?
Bakı.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: müraciət səhifəsinə keçəcəksiniz.