Əsas məzmuna keç
GoJob

Təsərrüfat işləri üzrə mütəxəssis

Agrotrade Supply MMCXırdalanda təsərrüfat işləri üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
14 oktyabr 2026
Son müraciət tarixi
13 noyabr 2026

Vakansiya haqqında

Agrotrade Supply MMC Xırdalanda «Təsərrüfat işləri üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Təsvir

"ATS Mill MMC"-nin Xırdalan şəhərində yerləşən istehsalat və administrative kompleksi üçün müəssisədaxili təmizlik, nizam-intizam və operativ təsərrüfat proseslərinin fasiləsizliyini təmin edəcək Təsərrüfat işləri üzrə mütəxəssis axtarışındayıq. Bu vəzifə ofis və istehsalat/anbar ərazilərində təmizlik və sanitariya standartlarına riayət olunmasına nəzarəti, təsərrüfat heyətinin (təmizlikçilər və köməkçi fəhlələr) işinin planlaşdırılması və koordinasiyasını, xırda texniki-təmir ehtiyaclarının vaxtında qarşılanmasını, eləcə də ləvazimat təminatı və inzibati təşkilati məsələlərin effektiv idarə olunmasını əhatə edir.

Əsas Öhdəliklər

  • Ofis, müəssisə ərazisi və təsərrüfat sahələrində təmizlik və səliqəyə nəzarət etmək;
  • Təmizlikçi və təsərrüfat işçilərinin gündəlik fəaliyyətini təşkil və koordinasiya etmək;
  • Əraziyə mütəmadi baxış keçirmək və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasını təmin etmək;
  • Təsərrüfat ləvazimatları və təmizlik vasitələrinə olan ehtiyacı müəyyən etmək, onların təminatını və uçotunu təşkil etmək;
  • Texniki xidmət və xırda təmir işlərini təşkil və koordinasiya etmək;
  • Gündəlik təsərrüfat işlərinin fasiləsiz və səmərəli təşkilini təmin etmək;
  • Zərurət yarandıqda rəhbərliyin xarici işgüzar səfərləri ilə bağlı nəqliyyat və digər təşkilati məsələləri koordinasiya etmək;
  • Daxili qaydalara və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.

Namizədə dair Tələblər

  • Təhsil: Bakalavr təhsili;
  • Təcrübə: Təsərrüfat və inzibati işlər sahəsində iş təcrübəsi olması üstünlükdür;

Peşəkar və Texniki Biliklər:

  • Təsərrüfat işlərinin təşkili və işçilərin fəaliyyətinə nəzarət bacarığı;
  • Təsərrüfat ləvazimatlarının təminatı və uçotunun aparılması bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;

Şəxsi Keyfiyyətlər: Təşkilatçılıq və koordinasiya bacarıqları, məsuliyyətlilik, dəqiqlik, operativlik, effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Agrotrade Supply MMC şirkətinin digər vakansiyaları

Agrotrade Supply MMC vakansiyaları