Əsas məzmuna keç
GoJob

Texnik

Bakıda texnik vakansiyasıOmnitech

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
12 oktyabr 2026
Son müraciət tarixi
11 noyabr 2026

Bakı şəhərində İnformasiya Texnologiyaları üzrə vakansiyalar

Vakansiya haqqında

Omnitech Bakıda texnik axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti

  • Şəhər: Bakı
  • İş ünvanı: Əhməd Rəcəbli küçəsi 2/26
  • İş qrafiki: Həftə içi 5 gün, saat 09:00–18:00

İş barədə məlumat

  • Yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) işə hazırlanması və ilkin sazlanmasının həyata keçirilməsi;
  • Kassa aparatlarına proqram təminatının (firmware) yazılması və yenilənməsi;
  • Kassa aparatlarının quraşdırılması və istifadəyə hazır vəziyyətə gətirilməsi;
  • Printerlərin və digər əlavə avadanlıqların qoşulması və sazlanması;
  • Müştərilərə kassa aparatlarının istifadəsi ilə bağlı təlimatların verilməsi və praktiki təlimlərin keçirilməsi;
  • Texniki və proqram təminatı ilə bağlı müraciətlərin cavablandırılması;
  • Telefon və uzaqdan qoşulma vasitəsilə texniki dəstəyin göstərilməsi;
  • Zərurət yarandıqda müştəri ünvanlarında quraşdırma və sazlama işlərinin həyata keçirilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirilməsi.

Namizədə tələblər

  • Kompüterlə sərbəst işləmək bacarığı;
  • Windows və Android əməliyyat sistemləri haqqında ilkin biliklər;
  • Proqram təminatının quraşdırılması və sazlanması üzrə əsas biliklər;
  • Texniki avadanlıqlarla işləməyə maraq;
  • Müştərilərlə düzgün və nəzakətli ünsiyyət qurmaq bacarığı;
  • Yeni bilikləri tez mənimsəmək və öyrənməyə həvəsli olmaq;
  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
  • Azərbaycan dilində sərbəst, rus dilində isə yaxşı səviyyədə ünsiyyət qurmaq bacarığı;
  • Müvafiq sahədə iş təcrübəsinin olması üstünlükdür, lakin mütləq tələb deyil.
  • Yaş tələbi: 19–30 yaş.

Təklif edirik

  • Əməkhaqqı müsahibə zamanı müəyyən edilir;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
  • Texniki bilik və bacarıqların artırılması üçün öyrənmə və inkişaf imkanı.

Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər. E-mail-in mövzu hissəsində “Texnik” qeyd olunmalıdır.

Telefon: (012) 310-17-11

Oxşar vakansiyalar