Əsas məzmuna keç
GoJob

Köməkçi qurğular üzrə texnik

Sumqayıtda texnik vakansiyasıSAMT LLC

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Sumqayıt
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
6 oktyabr 2026
Son müraciət tarixi
6 noyabr 2026
Kateqoriya
Mühəndislik

Vakansiya haqqında

SAMT LLC Sumqayıtda texnik axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş yeri: Sumqayıt,Xızı

İş qrafiki: Növbəli iş qrafiki

Vəzifə öhdəlikləri

  • Mexaniki avadanlıqların təhlükəsiz və fasiləsiz işləməsinə nəzarət etmək, gündəlik baxışlar aparmaq;
  • Kompressor, nasos, qazan, Chiller, AHU və ventilyasiya sistemlərinə texniki xidmət göstərmək;
  • Avadanlıqlarda nasazlıqları, sızma, vibrasiya və digər problemləri vaxtında müəyyən edib aradan qaldırmaq;
  • Filtr, klapan, podşipnik, mufta, kəmər və digər mexaniki hissələrin texniki xidmətini və dəyişdirilməsini həyata keçirmək;
  • Su hazırlama, kondensat və soyudulmuş su sistemlərinin texniki vəziyyətinə nəzarət etmək;
  • Planlı-preventiv texniki xidmət və təmir işlərini qrafikə uyğun yerinə yetirmək;
  • Mexaniki hissələrin sökülməsi, təmiri, dəyişdirilməsi və yenidən yığılmasını həyata keçirmək;
  • Vibrasiya, temperatur, ultrasəs və digər texniki ölçmələrdə iştirak etmək;
  • Görülən texniki xidmət və təmir işlərini müvafiq jurnallarda qeyd etmək;
  • Kinematik, pnevmatik və hidravlik sistemlərdə nasazlıqları aradan qaldırmaq;
  • Təkrarlanan nasazlıqların səbəblərini müəyyənləşdirmək və qarşısının alınması üçün tədbirlər təklif etmək;
  • Əməyin mühafizəsi, LOTO və müəssisədaxili təhlükəsizlik qaydalarına riayət etmək.

Vəzifəyə dair tələb olunan bacarıqlar və təcrübə:

  • Mexaniki avadanlıqların təhlükəsiz və fasiləsiz işinə nəzarət etmək;
  • İstehsalat mexanika texnik kimi təcrübə - 3 il;
  • Kompressor, nasos, qazan, Chiller, AHU və ventilyasiya sistemlərinə texniki xidmət göstərmək;
  • Avadanlıqlarda nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
  • Planlı-preventiv texniki xidmət və təmir işlərini həyata keçirmək;
  • Mexaniki hissələrin sökülməsi, təmiri, dəyişdirilməsi və yığılmasını həyata keçirmək;
  • Vibrasiya, temperatur, sızma və digər texniki göstəricilərə nəzarət etmək;
  • Pnevmatik və hidravlik sistemlərdə nasazlıqları aradan qaldırmaq;
  • Görülmüş işləri texniki xidmət jurnallarında qeyd etmək;
  • Əməyin mühafizəsi, LOTO və təhlükəsizlik qaydalarına riayət etmək.

Təklif edirik:

  • Nahar təminatı
  • Sığorta təminatı
  • Servis/daşınma xidməti

 Maraqlanan namizədlər CV-lərini “Köməkçi qurğular üzrə texnik” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

SAMT LLC şirkətinin digər vakansiyaları

SAMT LLC vakansiyaları