Texniki direktor
Qəbələnd Əyləncə MərkəziQəbələdə texniki direktor vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Qəbələ
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 24 noyabr 2026
- Baxış
- 705
- Müraciət
- 35
- Son müraciət tarixi
- 24 dekabr 2026
- Kateqoriya
- Mühəndislik və Texniki işlər
Vakansiya haqqında
Qəbələnd Əyləncə Mərkəzi Qəbələdə «Texniki direktor» vəzifəsinə işçi axtarır. Tam ştat, ofisdə iş. Vakansiyada 12 vəzifə və 9 tələb göstərilib; müraciət e-poçtla, birbaşa işəgötürənə.
İş yeri: Qəbələ şəhəri
Gabala Hospitality Group (GHG) Qəbələnd Əyləncə Mərkəzinin attraksionlarının, əyləncə qurğularının və mühəndis-texniki infrastrukturunun təhlükəsiz, etibarlı və dayanıqlı fəaliyyətini təmin edəcək təcrübəli Texniki direktor axtarır. Vəzifə texniki istismar, təhlükəsizlik, texniki xidmət strategiyası və texniki heyətin peşəkar inkişafına ümumi rəhbərliyi əhatə edir.
Tələblər
- Mexanika, elektrik, elektromexanika, mexatronika, avtomatlaşdırma və ya uyğun texniki ixtisas üzrə ali təhsil;
- Texniki istismar, mühəndislik sistemlərinin idarə edilməsi və təmir sahəsində minimum 7 il, o cümlədən rəhbər vəzifədə minimum 3 il təcrübə;
- İri sənaye, istehsalat və ya geniş mühəndis-texniki infrastruktura malik obyektlərdə mürəkkəb sistemlərin idarə edilməsi təcrübəsi;
- Mexaniki, elektrik, hidravlik, pnevmatik və PLC idarəetmə sistemləri üzrə güclü texniki biliklər;
- Texniki çertyoj, sxem və istehsalçı təlimatlarını təhlil etmək, nasazlıqların kök səbəblərini müəyyən etmək bacarığı;
- Texniki təhlükəsizlik və əməyin mühafizəsi tələblərini, profilaktik xidmət və risklərin idarə edilməsi prinsiplərini bilmək;
- Strateji planlaşdırma, liderlik, analitik düşünmə, qərarvermə və komanda inkişafı bacarıqları;
- Azərbaycan dilində sərbəst işgüzar ünsiyyət; CMMS və xarici dildə texniki sənədlərlə iş bacarığı üstünlükdür.
İş şəraiti və müraciət
- Rəqabətli əmək haqqı, Qəbələ şəhərində yaşayış yeri ilə təminat və peşəkar inkişaf imkanları təklif olunur.
CV-nizi mövzu hissəsində “Texniki direktor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Vəzifə öhdəlikləri
- Parkın bütün attraksionlarının, əyləncə qurğularının və mühəndis-texniki sistemlərinin təhlükəsiz və etibarlı istismarını təmin etmək;
- İstehsalçıların texniki təlimatları, pasportlar, mühəndislik sxemləri və istismar qaydalarına uyğun texniki xidmət sistemini təşkil etmək;
- Mexaniki, elektrik, elektron, hidravlik, pnevmatik və avtomatlaşdırılmış sistemlərə, həmçinin elektrik və su təchizatı, kanalizasiya, hovuz-filtrasiya, nasos, havalandırma və isitmə-soyutma sistemlərinə ümumi nəzarət etmək;
- Bina və tikililərin texniki vəziyyətini izləmək, zəruri təmir və yenilənmə işlərini planlaşdırmaq;
- İşləmə saatları, istismar dövrləri və istehsalçı tövsiyələri əsasında gündəlik, dövri, profilaktik və əsaslı təmir qrafiklərini hazırlamaq, icrasına nəzarət etmək;
- Kritik komponentlərin yoxlanmasını, texniki xidmət tarixçəsinin, sınaq nəticələrinin və istismar göstəricilərinin sənədləşdirilməsini təmin etmək;
- Texniki riskləri qiymətləndirmək, təhlükəsizlik prosedurlarını tətbiq etmək, gündəlik yoxlamaları, dövri müayinələri və tələb olunan ekspertizaları əlaqələndirmək;
- Təhlükə yaradan nasazlıqlarda qurğuların istismarını dayandırmaq, təmir və təhlükəsizlik yoxlamalarından sonra yenidən istifadəyə verilməsinə nəzarət etmək;
- Yeni attraksionların, o cümlədən Roller Coaster qurğusunun quraşdırılma, sınaq və istismara qəbul proseslərində istehsalçı və texniki ekspertlərlə əməkdaşlıq etmək;
- Texniki menecerin fəaliyyətinə strateji rəhbərlik etmək, əməkdaşların ixtisas, sertifikat, icazə və səriştə uyğunluğunu izləmək, təlim və inkişaf planlarını müəyyən etmək;
- Texniki xidmət və yenilənmə büdcəsini, kritik ehtiyat hissələrinə ehtiyacı, texniki satınalmaları və modernləşdirmə təkliflərini idarə etmək;
- Nasazlıqların səbəbləri, dayanma müddətləri, texniki hazırlıq və xərclər barədə rəhbərliyə mütəmadi hesabat vermək.
Qəbələnd Əyləncə Mərkəzi haqqında
- Aktiv vakansiya
- 1
- Əsas şəhər
- Qəbələ
Qəbələnd Əyləncə Mərkəzi vakansiyaları: hazırda GoJob-da şirkətin yalnız bu elanı aktivdir. Qəbələnd Əyləncə Mərkəzi işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
Qəbələnd Əyləncə Mərkəzi: bütün vakansiyalar (1)«Texniki direktor» vakansiyası haqqında suallar
Qəbələnd Əyləncə Mərkəzi namizəddən nə tələb edir?
- Mexanika, elektrik, elektromexanika, mexatronika, avtomatlaşdırma və ya uyğun texniki ixtisas üzrə ali təhsil;
- Texniki istismar, mühəndislik sistemlərinin idarə edilməsi və təmir sahəsində minimum 7 il, o cümlədən rəhbər vəzifədə minimum 3 il təcrübə;
- İri sənaye, istehsalat və ya geniş mühəndis-texniki infrastruktura malik obyektlərdə mürəkkəb sistemlərin idarə edilməsi təcrübəsi;
Bu vəzifədə nə iş görəcəksiniz?
- Parkın bütün attraksionlarının, əyləncə qurğularının və mühəndis-texniki sistemlərinin təhlükəsiz və etibarlı istismarını təmin etmək;
- İstehsalçıların texniki təlimatları, pasportlar, mühəndislik sxemləri və istismar qaydalarına uyğun texniki xidmət sistemini təşkil etmək;
- Mexaniki, elektrik, elektron, hidravlik, pnevmatik və avtomatlaşdırılmış sistemlərə, həmçinin elektrik və su təchizatı, kanalizasiya, hovuz-filtrasiya, nasos, havalandırma və isitmə-soyutma sistemlərinə ümumi nəzarət etmək;
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
İş harada yerləşir?
Qəbələ.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.