Əsas məzmuna keç
GoJob

Texniki menecer

radiusBakıda texniki menecer vakansiyası

Maaş: 1.800 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
16 oktyabr 2026
Son müraciət tarixi
15 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

radius Bakıda «Texniki menecer» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 1 800 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

 Tələblər:

  • Cins: kişi
  • Yaş həddi: 25–45 yaş
  • Ali texniki təhsil
  • Müvafiq texniki sahədə minimum 3 il iş təcrübəsi
  • Mexaniki, elektrik və elektromexaniki avadanlıqlar üzrə texniki biliklər
  • Avadanlıqların diaqnostikası, texniki xidməti və təmiri üzrə təcrübə
  • Texniki sənədlər və manuallarla işləmək bacarığı
  • Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində işgüzar ünsiyyət və texniki təlimlərdə iştirak edə biləcək səviyyədə bilik
  • Kompüter proqramlarında işləmək bacarığı
  • Texniki düşüncə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı

Öhdəliklər:

  • Servis avadanlıqlarının saz və fasiləsiz işləməsini təmin etmək
  • Dövri texniki xidmətləri planlaşdırmaq və həyata keçirmək
  • Nasazlıqları müəyyən etmək, texniki həllər tapmaq və təmir işlərini təşkil etmək
  • Ehtiyat hissələri və sərfiyyat materiallarının sifarişini və vaxtında dəyişdirilməsini təmin etmək
  • Avadanlıqların kalibrlənməsi və proqram yeniləmələrini həyata keçirmək
  • Avadanlıq siyahılarını, texniki sənədləri və təmir tarixçəsini sistemli şəkildə aparmaq
  • Yerli və xarici istehsalçıların texniki təlimlərində, o cümlədən xaricdə keçirilən təlim proqramlarında iştirak etmək və əldə olunan bilikləri iş prosesində tətbiq etmək
  • Yeni alət və avadanlıq ehtiyaclarını müəyyən etmək və müvafiq hesabatlar hazırlamaq

İş şəraiti:

  • İş saatı: 09:00–18:00
  • Nahar şirkət tərəfindən qarşılanır
  • İş rejimi: Həftənin 6 günü (şənbə – qısa iş günü), bazar – istirahət
  • İş yeri: Babək pr., M.H. Kazımov küç., 8
  • Əmək haqqı: 1800–2000 AZN
  • Şirkət: Radius Təkər Mərkəzi

Maraqlanan namizədlər CV-ni “Məhsul meneceri” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

radius şirkətinin digər vakansiyaları

radius vakansiyaları