Əsas məzmuna keç
GoJob

Texniki Ofis Mühəndisi

Azconstruction A MMCBakıda texniki ofis mühəndisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
21 oktyabr 2026
Son müraciət tarixi
20 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Azconstruction A MMC Bakıda texniki ofis mühəndisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

“AZ CONSTRUCTION A” MMC Texniki Ofis Mühəndisi vakansiyası elan edir!

“AZ CONSTRUCTION A” MMC tikinti layihələri üzrə komandasına texniki sənədləşmə və layihə işləri sahəsində təcrübəsi olan Texniki Ofis Mühəndisi axtarır!

Vəzifə öhdəlikləri:

  • Tikinti işləri üzrə texniki sənədlərin, layihə çertyojlarının və iş həcmlərinin hazırlanması və yoxlanılması;
  • Görülmüş işlərin həcmlərinin ölçülməsi, ölçü cədvəllərinin və icra sənədlərinin tərtib edilməsi;
  • Materialların silinməsi və istifadəsi üzrə sənədlərin hazırlanması, faktiki sərfiyyatın yoxlanılması və nəzarətdə saxlanılması;
  • Anbar üzrə materialların mədaxil və məxaricinin, qalıqlarının və hərəkətinin izlənilməsi;
  • Smeta sənədlərinin hazırlanması, yoxlanılması və faktiki görülmüş iş həcmləri ilə müqayisə edilməsi;
  • Material sərfiyyatının smeta və layihə göstəricilərinə uyğunluğuna nəzarət;
  • Tikinti sahəsindən daxil olan məlumatların sistemləşdirilməsi və müvafiq hesabatların hazırlanması;
  • Sahə mühəndisləri, iş icraçıları, anbar və mühasibatlıq şöbəsi ilə koordinasiyalı işin təşkili.

Namizədə tələblər:

  • Tikinti mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Smeta, material sərfiyyatı, silinmə sənədləri və anbar uçotu üzrə bilik və təcrübə;
  • AutoCAD, MS Excel və MS Office proqramları ilə işləmək bacarığı;
  • Tikinti layihələri, iş həcmləri və texniki sənədlərlə işləmək bacarığı;
  • Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik.

İş şəraiti

  • İş yeri: Xocavənd və Ağdam şəhəri
  • İş günləri: Həftənin 5 günü
  • İş saatları: 09:00–18:00
  • Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən edilir.
  • Rəsmi əmək müqaviləsi
  • Peşəkar və işgüzar iş mühiti

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini “Texniki Ofis Mühəndisi” başlığı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Azconstruction A MMC şirkətinin digər vakansiyaları

Azconstruction A MMC vakansiyaları