Texniki Ofis Rəhbəri (Sənaye binaları və metal konstruksiya üzrə)
Gallco Construction & Engineering CompanyBakıda texniki ofis mühəndisi vakansiyası
Maaş: 5.000 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 18 noyabr 2026
- Baxış
- 654
- Müraciət
- 53
- Son müraciət tarixi
- 18 dekabr 2026
- Kateqoriya
- Tikinti və Daşınmaz Əmlak
Vakansiya haqqında
Gallco Construction & Engineering Company Bakıda texniki ofis mühəndisi axtarır. Tam ştat, maaş 5 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Gallco Construction & Engineering Texniki Ofis Rəhbəri (Sənaye binaları və metal konstruksiya üzrə) vakansiyas;n elan edir!
Əsas vəzifələr:
- Texniki ofisin işini qurmaq, komandaya rəhbərlik etmək
- Layihə və işçi çertyojlarını yoxlamaq, uyğunsuzluqları icradan əvvəl aşkar etmək
- Metraj, BOQ və smeta hazırlamaq, tender təkliflərinin texniki hissəsini idarə etmək
- Metal konstruksiya üçün emalat (shop drawing) və montaj sənədlərinin hazırlanmasına nəzarət etmək
- İş qrafikini hazırlamaq, plan-fakt izləməsi aparmaq
- Material və texniki şərtləri təsdiqləmək, satınalma üçün tələbatı vaxtında vermək
- Subpodratçıların işlərini qəbul etmək, hesablaşma aktlarını yoxlamaq
- İcra sənədlərini, gizli iş aktlarını və as-built çertyojları tam və vaxtında təhvil vermək
- Sifarişçi, layihəçi və sahə rəhbərləri ilə texniki məsələləri həll etmək
- Əlavə işləri və layihə dəyişikliklərini sənədləşdirmək
Vacib tələblər:
- Mülki və ya sənaye-mülki tikinti üzrə ali təhsil
- Tikinti sahəsində ən azı 7 il təcrübə, bunun ən azı 3 ili texniki ofisdə rəhbər və ya aparıcı mütəxəssis kimi
- Sənaye binaları (zavod, anbar, istehsalat, logistika mərkəzi) layihələrində real iştirak
- Metal konstruksiya üzrə praktiki bilik: kolon, ferma, tir, birləşmə qovşaqları, qaynaq və boltlu birləşmələr, montaj ardıcıllığı
- Qazma və torpaq işləri, özül, anker bolt, armatur, qəlib, beton və sənaye döşəməsi üzrə praktiki bilik
- Tikinti norma və standartlarını bilmək
- AutoCAD və MS Excel üzrə sərbəst iş bacarığı
- MS Project və ya Primavera P6 ilə iş təcrübəsi
- Azərbaycan dilini mükəmməl, rus və ya ingilis dilini texniki sənədləri oxuyacaq səviyyədə bilmək
Üstünlüklər:
- Sendviç panel, trapez dam və fasad sistemləri üzrə təcrübə
- Tekla Structures və ya Advance Steel çertyojlarını oxumaq bacarığı
- Xarici podratçı şirkətlərdə iş təcrübəsi
Diqqət: Təcrübəsi yalnız yol, körpü, su-kanalizasiya və ya infrastruktur layihələri ilə bağlı olan namizədlərin müraciətinə baxılmayacaq.
Təklif edirik:
- • Əmək haqqı: 5000 AZN
- • İş qrafiki: I – IV günlər, 09:00-18:00
CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində "Texniki Ofis Rəhbəri" yazaraq göndərin. Məktubda bu suallara qısa cavab verin: